Icma.az
close
up
RU
Paşinyan “Facebook”da kilsə nümayəndələrinə qarşı kəskin ifadələr işlədib

Paşinyan “Facebook”da kilsə nümayəndələrinə qarşı kəskin ifadələr işlədib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 30-da səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın “Facebook” səhifələrində Erməni Apostol Kilsəsinin (AAK) nümayəndələrinə qarşı kəskin təhqiramiz ifadələr yer aldığı paylaşımlar ediblər.

Bizimyol.info xəbər verir ki, Ermənistanın baş nazirinin səhifəsində bu mövzuda artıq beş yazı var.

Onlardan birində ədəbsiz ifadələr işlədərək din xadimlərini “onu rahat buraxmağa” çağırır, digərində Ermənistanda nə qədər yepiskopun subay olması ilə maraqlanır.

Paşinyanı həyat yoldaşı da dəstəkləyib və o da öz səhifəsindəki paylaşımlarında ruhaniləri müxtəlif günahlarda ittiham edib.

Ermənistan hökuməti Paşinyanın səhifəsində kilsə əleyhinə olan bəyanatlara münasibət bildirməyib, səhifələrin sındırılması ilə bağlı heç bir açıqlama verilməyib.Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan isə zənglərə cavab verməyib.

"Paşinyanla erməni ruhaniləri arasında münasibətlər son illər, xüsusən də Erməni Apostol Kilsəsinin rəhbər orqanı olan Müqəddəs Eçmiədzinin Ana taxtının onun 2020-ci ildə istefasını tələb etməsindən və onu Qarabağla bağlı siyasətinə görə sərt tənqid etməsindən sonra gərginləşib",- deyə Ermənistan mətuatı yazır.

Ermənistanın baş naziri ötən il Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsinin zəruriliyindən dəfələrlə danışıb və onu “təsir agenti” adlandırıb.

Mayın 29-da Ermənistanda hökumətin iclasında tamam başqa mövzudan danışarkən Paşinyan qəfildən erməni kilsəsinə “divan tutub”, o, dedi ki, bu kilsə çoxdan “hər cür zibillərin saxlandığı şkaf”a çevrilib.

Ermənistanın baş nazirinin bu sözlərinə cavab olaraq Müqəddəs Eçmiədzin Ana taxt-tacının kanserinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan nəhayət, indiki baş nazirin abidə statusuna malik olan müqəddəs yerlərin qorunub saxlanılması ilə bağlı məsuliyyətini dərk etməsini təqdirəlayiq adlandırıb. “Lakin təəssüflə qeyd etmək lazımdır ki, belə bir incə məsələni müzakirə edərkən belə yüksək vəzifə tutan şəxs “hazırda dəbdə olan” təhsilin çatışmazlığını, həmçinin ictimai kommunikasiyaların daxili böhranını və problemləri dərindən dərk etmədiyini nümayiş etdirməyə bilməz”, – deyə o, Paşinyana ünvanladığı açıq məktubda bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri