Icma.az
close
up
RU
“O oyun mənim üçün ağır zərbə idi” Vernidub

“O oyun mənim üçün ağır zərbə idi” Vernidub

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Neftçi” Misli Premyer Liqasının 30-cu turunda səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Autsayderlə oyunda komandanı psixoloji cəhətdən hazırlamaq çətin deyil?

- “Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan deməyəcəyəm, bu matça görə məndə həyəcan var idi. Adətən, böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.

- “Neftçi”nin avrokuboklara getməsi “Sabah”la “Zirə” arasında keçiriləcək kubokun final matçından asılıdır. Həmin oyundan gözləntiniz nədir?

- Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşür ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.

- Son oyunlarda Falaye Sakonun performansında yüksəliş hiss olunur. Bu barədə nə deyə bilərsiniz?

- Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.

- “Qarabağ”la oyundan sonra dediniz ki, psixoloji cəhətdən yorğunam. Ona görə də sualları cavablandırmadınız. Azərbaycan çempionatının psixoloji yükü çoxdur, yoxsa başqa səbəb var idi?

- Başqa səbəb yoxdur. Belə şeylər olur. Nəzərə alın ki, birinci oyunda “Qarabağ”a 1:5 uduzmuşduq. O, mənim üçün çox ağır zərbə idi. Ona görə də ikinci oyunda fərqli formada oynadıq. Psixoloji yorğunluq elə idi ki, bəlkə də artıq nə isə deyə bilərdim. Ona görə də suallara cavab verməmək qərarı verdim. Bir daha üzrxahlıq edirəm. “Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da “Neftçi”də oynamağın adi bir şey olmadığını başa düşməlidir. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.

- Hansı futbolçularla yola davam edəcəyinizi, kimlərlə yolların ayrılacağını müəyyənləşdirmisiniz?

- Vaxtı gələndə hər şeyi deyəcəyəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla konfliktim var. Mən, ümumiyyətlə, konfliktli insan deyiləm. Biz bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularda yola davam edəcəyik.

- “Neftçi” hazırda 3-cü yerdən 6 xal geridədir. Komandanın ilk 3-lükdən kənarda qalmasının səbəbi nədir?

- Bu barədə çox şərh vermək istəmirəm. Sadəcə deyə bilərəm ki, məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur.

- Final matçını stadionda izləyəcəksiniz və “Sabah”a azarkeşlik edəcəksiniz?

- Dəqiq bilmirəm. Mənim “Sabah”a və ya “Zirə”yə azarkeşlik etməyim etik deyil. Kim güclüdürsə, o da qalib gəlsin. Bizə “Sabah”ın qələbəsinin daha uyğun olmasına baxmayaraq, heç vaxt hansısa rəqibimə pis şey arzulaya bilmərəm. Çünki həyat bumeranqdır. Bu, nə vaxtsa bizim başımıza gələ bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri