“O partiya bilməlidir ki, xalqın ona böyük nifrəti var...”
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya İvanişvili hökumətini ciddi şəkildə müdafiə edir. Və əgər kənardan Moskvanın və s. siyasi və maliyyə dəstəyi olmasaydı, müxalifət artıq çoxdan Bidzinanın o alçaq, xain rejimini sıradan çıxarardı...”
Gürcüstanda rusiyapərəst İvanişvili rejiminə qarşı ötən payızdan başlanan kütləvi etiraz aksiyaları artıq bir ildir ki, səngimir. Bu müddətdə eks-prezident Salome Zurabişvili çox çalışsa da, müxalif qüvvələrin vahid lideri rolunu oynaya bilmədi. Müxalifətin bir sıra digər liderləri isə əvvəlki mitinqlərdə, xüsusən son bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyalar zamanı həbs edilib. Görəsən, gürcü müxalifəti getdikcə tükənir, yoxsa hələ də dirçəlib məqsədlərinə nail olmaq şansı var?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bunları söyləyib:
“Gürcüstanda möhkəm və siyasi perspektivi görən bir müxalifət formalaşıb. O qismən inteqrasiya edib, birləşib. Sadəcə qonşu ölkədəki müxalif qüvvələr silahlı mübarizə xəttini yox, dinc mübarizə yolunu seçməklə mövcud hakimiyyəti təslim etməyə çalışırlar. O da məlumdur ki, Rusiya İvanişvili hökumətini ciddi şəkildə müdafiə edir. Və əgər kənardan Moskvanın və s. siyasi və maliyyə dəstəyi olmasaydı, müxalifət artıq çoxdan Bidzinanın o alçaq, xain rejimini sıradan çıxarardı. Amma yenə də görünən odur ki, Gürcüstanda müxalifət qəti qələbəyədək israrlıdır və ölkənin gələcəyi üçün vacib məsələlərin həllini, hakimiyyət dəyişikliyini yarı yolda qoymayacaqdır. Bu arada müəyyən fasilələr və taktiki gedişlər ola bilər, amma hakimiyyətdəki o partiya - “Gürcü arzusu” partiyası bilməlidir ki, xalqın ona böyük nifrəti var. Son bələdiyyə seçkilərini də saxtalaşdırılıbdır. Ona görə də onun axırı gəlib çatıb və o haqda ciddi düşünməlidir...”
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 01 Noyabr 2025 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















