Icma.az
close
up
RU
Xalqın ehtiyacından yaranan partiya

Xalqın ehtiyacından yaranan partiya

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev: Müasir Azərbaycanın memarı - Xalqın xilaskarı

32 il əvvəl – 1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində yeni mərhələnin bünövrəsi qoyuldu və milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası (YAP) yarandı.
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində bir formasiyadan digər formasiyaya keçid dövründə ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin özündə əks etdirən partiyadır.
1992-ci ildə ölkədə ağır, böhran və xausun hökm sürdüyü dövrdə Xalqın Ümummilli Heydər Əliyevə üz tutması öz Liderinə inamını ifadə edirdi. Məhz ziyalıların Ulu Öndərə müraciətində də bu inam daha aydın görsənirdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Bu müraciətdən sonra ölkənin ictimai-siyasi həyatında mühüm dəyişikliklər oldu. Heydər Əliyevin Naxcıvanda Yeni Azərbaycan partiyasını yaratması və hakimiyyətə gəlməsi xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın da sonu oldu. Ümummilli Lider hakimyyətə qayıtmasaydı, bu gün müstəqil Azərbaycandan danışmaq qeyri-mümkün idi. Müasir Azərbaycanın bu günki memarı olan Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət startegiyası bu gün də layiqincə davam etdirilir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun 32 ildə Azərbaycanın bugünü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi yaranır.
Gələcəyə inamlı addımlayan partiya
Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu mühüm çağırış da səsləndirildi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayır.
Azərbaycan bütün işləri ardıcıllıqla edir. Qarşıya hədəflər qoyulur və düşünülmüş, gələcəyə hesablanmış siyasətimiz nəticəsində bu hədəflərə zamanında, yüksək səviyyədə nail oluruq. Reallığa çevrilən hədəflər yeni məqsədlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Bu hədəflərə çatmaqla Azərbaycanın siyasi, iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, əsl söz sahibinə çevrildi. Ölkəmizi Qələbəyə aparan Ordumuzun maddi-texniki bazası möhkəmlənləndirildi. İşğal olunmuş torpaqlarımız 44 günlük Vətən muharibəsindən sonra geri alındı. Azərbaycan böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və bu uğurlarımız əsasında ərazi bütövlüyümüz bərpa edildi. Bununla yanaşı Azərbaycan dövləti həm regionda, həm də dünyada söz sahibi ölkəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı. Zəfər tariximiz yeni raeallıqlar yaratmaqla yanaşı, yeni hədəflər qarşıya qoyuldu.
Tarixi Zəfərimizin reallıqları əsasında VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Partiyanın VII qurultayında yeni tərkib formalaşdı, Veteranlar Şurası yaradıldı. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Dövlət başçısı İlham Əliyev VII qurultayda yeni reallıqlar əsasında partiyanın yeni Proqramının hazırlanmasının və təsdiqinin vacibliyini bildirdi. 5 fəsildən ibarət olan yeni Proqram YAP İdarə Heyətinin qərarı əsasında təsdiqləndi. Proqramda postmünaqişə dövrünün reallıqları, görüləcək işlər öz əksini tapıb. 32 illik fəaliyyətinin reallıqlarını özündə ifadə edən yeni Proqramı, Nizamnaməsi əsasında qeyd edən Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.
YAP ölkəmizdə gedən bütün proseslərin mərkəzində
Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri bütün seçkilərində, siyasi hadisələrdə də özünü göstərməkdədir. Son illərdə keçirilən prezident seçkiləri, parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.
Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, müxtəlif beynəlxalq təşkilatların iclasında aktiv iştirak edir, dünyəvi məsələlərin müzakirəsində yaxından iştirak edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın 29-cu konfransının, yəni COP29-un Azərbaycanda keçirməsi də dediyiklərimizə sübutdur.
YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Cənab İlham Əliyevin Sədrliyi ilə bugün partiya özünü daim inkişaf etdirir və xalqa xidmət etməyə davam edir.

Ramil Mirzəyev
YAP Xətai rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see165

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see117

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see117

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see117

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see116

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see114

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see112

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see110

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see110

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see110

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see110

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see110

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see110

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri