Icma.az
close
up
RU
O “qorxu filmləri”ni kim çəkib?

O “qorxu filmləri”ni kim çəkib?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

...İlin elə bir ayı yoxdur ki, orada hay vəhşiliyinin qanlı izləri olmasın. Milli təqvimimiz faciəvi anım günlərini nişan verən qara rəqəmlərin sıralanmasından ibarətdir. Ermənisiz, qansız-qadasız keçmiş bir ay belə tapmaq çətindir. Otuz ildir divar təqvimində yanvarı “Qanlı Yanvar” faciəsi, fevralı “Xocalı yarası”, martı Azərbaycanlıların Soyqırımı Günü, apreli Kəlbəcər, mayı Şuşa və Laçının, iyunu Ağdərənin, iyulu Ağdamın, avqustu Cəbrayıl, Füzuli və Qubadlının, oktyabrı Zəngilanın işğal olunduğu, noyabrı Qarakənd üzərində helikopter faciəsinin qara səhifələri kimi çeviririk. Belə “çoxseriyalı qorxu filmi”nə dünyanın heç bir xalqının müasir tarixində rast gəlmək mümkün deyil.

İndi Ermənistan parlamentinin deputatı, daşnak törəməsi Tiqran Abramyana necə başa salasan ki, illərlə yuxularımızı ərşə çəkən onun qövmünün nümayəndələrinin törətdiyi bu qanlı cinayətlər, faşist əməlləridir. Bu dığa Qarabağın keçmiş separatçı rejimin “rəhbərlərinin”, təqsirləndirilən şəxslərin Bakıda keçirilən məhkəməsinə baxmağı əsl “qorxu filmi”nin tamaşası ilə müqayisə edir. Abramyan sosial şəbəkədə paylaşımında yazır: “Müttəhim statusunda olan ermənilər nəinki total təzyiq və psixoloji hücumlara məruz qalırlar, həm də qeyri-qanuni prosesdə iştirak etmək məcburiyyətindədirlər”.

Hay deputat müttəhimlərin məhkəməyə verdiyi ifadələrdən gəldiyi “qənaətini” bu formada izhar edib: “Yerli saytların yazdıqlarına görə, general Levon Mnatsakanyan Azərbaycana qarşı müharibədə iştirakını təsdiqləyib. Amma hansısa epizodda iştirakını inkar edib. O bəyan edib ki, harada iştirak etməyibsə, buna ehtiyac yaransaydı, mütləq iştirak edərdi”.

Ardınca Mnatsakanyanı yaxşı tanıdığını vurğulayan Abramyan “onun açıqlamasının altındakı mətnləri oxumaqla kifayətlənmədiyini, bir çox hallarda psixoloji durumuna nüfuz etdiyini” bildirir.

Deməli, Abramyanı qorxuya salan səbəb təqsirləndirilən Mnatsakanyana Bakıdakı təcridxanada “hansısa psixoloji təsirin göstərilməsi, ruhi durumunun şübhəli vəziyyətə gəlməsidir”. O, “peşəkar parapsixoloq” kimi fərdi diaqnozunu ekrandan izlədiyi video-görüntülərin vasitəsilə müəyyən edibmiş.

Təkcə general Levon Mnatsakanyanın deyil, təqsirləndirilən digər şəxslərin də hakimin suallarına sakit, anlaqlı vəziyyətdə, psixoloji durumları qaydasında cavab vermələrini tamaşaçılarla yanaşı, məhkəmə zalında əyləşmiş onların vəkilləri də izləyirlər. Məgər onların hansısa bugünədək hüquqlarını müdafiə etdiyi şəxslərdən birinin psixi vəziyyəti ilə bağlı narahatlıq bildiribmi? Belə hal qeydə alınmayıb. Bu adamlara ki, çöldə psixoloji təsir göstərən yoxdur.

Tiqran Abramyanı qorxuya salan məhkəmədə gördükləri deyil, indi hallarına yandığı hay dostlarının Azərbaycan torpağında törətdikləri və həqiqətən də, “qorxu filmlərini” xatırladan əməllərinin üzə çıxmasıdır. Hələlik həmin filmlərdə baş rollarda çəkilənlər Femida qarşısında cavab verirlər. Çox keçməz ki, real dəhşət səhnələrinin yaradılmasında iştirak etmiş bütün “yaradıcı heyət” prosesə cəlb edilər. Onda Abramyan “film-serialın” kulminasiyasına tamaşa edəcək.
İ.BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri