Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“O silah gec tez hamımızın qapısını döyəcək”

“O silah gec tez hamımızın qapısını döyəcək”

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Kahramanmaraşda məktəbdə baş verən insidentlə bağlı paylaşım edib .

OLAY yazır ki, şagirdlərini qoruyarkən həlak olan Ayla müəllimin fotosunu paylaşan aparıcı bunları yazıb:

“Bir neçə gün əvvəl bulvarda tapdalanmış, qoparılmış çiçəkləri görəndə içim sızıldadı… Amma etiraf edim ki, çox da təəccüblənmədim. Çünki, biz get-gedə gözəlliyə qarşı hisslərini itirən bir cəmiyyətə çevrilirik. Axı, bir insan çiçəyi necə məhv edə bilər? Necə bir gözəlliyi məhv edərkən heç nə hiss etməz? Cavab çox ağırdır: içində sevgi olmayan insan hər şeyə qıyar, çiçəyə də, heyvana da, insana da… Bu gün dünyada baş verənlər də bunun acı sübutudur. Son günlər Türkiyədə məktəbdə baş verən faciə — bir uşağın əlində silahla öz sinif yoldaşlarına, dostlarına, ona dərs deyən müəlliminə qıyacaq qədər qəddarlaşması. Sadəcə bir xəbər deyil, faciədir. Bu, hamımız üçün siqnaldır. Bu “bir yerdə səhv edirik” deməkdir. Uşaqlar doğulanda su kimi pak, məsum olurlar. Heç biri qəddar doğulmur. Onları ya biz belə edirik, ya da gözümüzün qarşısında dəyişirlər və biz bunu görməzdən gəlirik. Bu gün məktəblərdəki vəziyyət də düşündürücüdür. Müəllimlər çox vaxt gördüyünü deməyə, şikayət etməyə çəkinir. Çünki, bilir ki, bir çox halda valideyn əvvəlcə öz övladını yox, müəllimi günahlandıracaq. Sosial mediada isə hadisənin mahiyyətini bilmədən, kütlə psixologiyası ilə insanlar məktəbi, müəllimi hədəfə alır. Bəzən bu təyziq o həddə çatır ki, yersiz qınaqlar bir insanı mənəvi olaraq sındırır və özünə qəsdə qədər gətirir. Halbuki, müəllim uşağın həyatında valideyndən sonra ən böyük təsir gücünə sahib insandır. Əgər biz müəllimi susdururuqsa, əslində uşağın gələcəyini susdururuq. Bu gün uşaqların əlində telefon, planşet var. Saatlarla nə oynadıqlarını bilmirik. O oyunlarda nə var?! Zorakılıq, aqressiya, hissizləşmə… Uşaq hər gün bunu görəndə, bir müddət sonra bunu normal saymağa başlayır. Və biz bunu çox gec başa düşürük. Valideyn olmaq qorumaqdır. Nə izlədiyini bilmək, nə oynadığını izləməkdir. Onun qəlbini doldurmaqdır. Qəlbini haqsızlıqla, nifrətlə doldurduğumuz uşaq gələcəyin yırtıcısına çevrilə bilər…. Amma biz ona mərhəməti öyrətsək, o da bir gün kiminsə yarasını saracaq. Yıxılanı qaldırmağı, haqsızlığa susmamağı, böyük-kiçiyə hörmət etməyi, valideyn haqqını itirməməyi, dəyərlərə sadiq qalmağı uşaqlarımıza aşılasaq, tamam başqa bir dünya qura bilərik. Bu gün seçim bizimdir: ya uşaqlarımızı laqeydliklə, məsuliyyətsizliklə böyüdüb cəmiyyətə təhlükə kimi buraxacağıq, ya da onları vicdanlı, məsuliyyətli və əsl insan kimi yetişdirəcəyik. Unutmayaq, bu gün görməzlikdən gəldiyimiz hər səhv, sabah bir uşağın əlində silaha çevriləcək. Və o silah gec-tez hamımızın qapısını döyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olay.az
archiveBu xəbər 16 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri