Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portuqaliya millisinin futbolçusu Rafael Leao UEFA Millətlər Liqasının III turunda Danimarkaya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu qarşılaşmada Kriştiano Ronaldoya məxsus 7 nömrəli formanı geyinməsinin onun üçün xüsusi məna daşıdığını bildirib.
“Kriştiano mənim uşaqlıqdan kumirimdir. 7 nömrəsinin mənim üçün başqa xüsusi mənası da var. Övladlarım ayın 7-də dünyaya gəliblər. Sadəcə bu formaya hörmət göstərməyə və komanda yoldaşlarımla oyundan zövq almağa çalışdım. Ən vacibi yaxşı oyun keçirməyimiz və qalib gəlməyimizdir”.
Leao Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsi ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib:
“Bu, bizə aid məsələ deyil. Bir daha göstərdik ki, biz bir komandayıq. Əminəm ki, Kriştiano da evdə qələbəmizə sevinir. Onunla münasibətim yaxşıdır və necə insan olduğunu bilirəm. Əsas olan komandadır. Daha üç xal qazandıq və qrupun lideriyik. İndi dincəlib növbəti oyuna hazırlaşmalıyıq”.
Portuqaliyalı futbolçu Danimarka ilə qarşılaşmanı da dəyərləndirib. O, rəqibin fiziki cəhətdən güclü olduğunu, lakin baş məşqçi Jorje Jezuşun komandanı oyuna yaxşı hazırladığını vurğulayıb:
“Çətin oyun olacağını bilirdik. Onlar öz meydanlarında, azarkeşlərinin dəstəyi ilə oynayırdılar. Fiziki baxımdan Norveçə bənzəyən komanda idi. Baş məşqçimiz bizi çox yaxşı hazırlayıb. Son iki oyuna çox yaxşı təşkilatlanmış şəkildə başlamışıq. Qol imkanları yaratdıq və bunlardan çox effektiv istifadə edərək dörd qol vurduq”.
Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk etdikdən sonra Danimarka ilə görüşdə 7 nömrəli forma Rafael Leaoya verilib. Leao bu matça start heyətində başlayıb.
Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu Bundesliqada ayın oyunçusu müəyyənləşib - 4-cü dəfə Qana millisində ayrılıq - BAŞ MƏŞQÇİ İSTEFA VERDİ A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















