Icma.az
close
up
RU
Uşaqlıq yolunun disbakteriozu

Uşaqlıq yolunun disbakteriozu

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Son zamanlarda ginekoloji praktikada qadınlar arasında “uşaqlıq yolunun disbakteriozu” (uşaqlığın normal sağlam mikroflorasının pozulması) adlanan və geniş yayılmış patoloji haldan daha çox danışılır.

Mikrofloranın normal olması, qadının ginekoloji sağlamlığının qorunmasında, onun ana olmaq qabiliyyətinin saxlanmasında çox vacib hesab edilir. Uşaqlıq yolunun sağlam mikroflorası qadının reproduktiv sistemini, qadın cinsi orqanlarının bir çox iltihabi xəstəliklərini törədən qorxulu mikroblardan, müxtəlif infeksiyalardan qoruyur.

Sağlam qadının uşaqlıq yolunun mikroflorasının əsasını laktobakterilər, həmçinin az miqdarda bifidobakterilər və digər mikroorqanizmlər təşkil edir. Ən xeyirli mikroorqanizmlər – süd turşusu bakteriyaları və ya laktobakterilərdir. Bu bakteriyalar süd turşusu və hidrogen peroksid hazırlayaraq uşaqlıq yolunda normal turşuluq səviyyəsini (pH

Uşaqlıq yolunun normal turşuluq səviyyəsinin saxlanması çox vacib hesab edilir. Belə ki, uşaqlıq yolunun normal turşuluq səviyyəsi kəskin şəkildə dəyişsə, cinsi əlaqə zamanı buraya düşən spermatozoidlər bu cür mühitdə məhv ola bilərlər ki, bunun da nəticəsində mayalanma, daha sonra isə hamiləlik baş verməyə bilər. Bundan başqa, laktobakterilər qadın sağlamlığı üçün zərərli hesab olunan mikrobların böyüməsinin və çoxalmasının da qarşısını alırlar.

Uşaqlıq yolunun disbakteriozu (və ya bakterial vaginoz) zamanı laktobakterilərin miqdarı xeyli dərəcədə azalmış olur ki, bunun da nəticəsində qadın orqanizmi üçün təhlükəli hesab edilən digər bakteriyalar aktiv şəkildə çoxalmağa başlayırlar. Belə hesab edilir ki, qadınların böyük bir hissəsi bu və ya digər dərəcədə bu xəstəliyə məruz qalırlar.

Əksər qadınların hesab etdiyinin əksinə olaraq, həqiqətdə uşaqlıq yolunun disbakteriozu heç də zərərsiz (və ya az zərərli) xəstəlik deyil. Disbakterioz zamanı bir müddət keçdikdən sonra, burada xeyli dərəcədə artmağa başlayan patogen bakteriyalar, sonrakı dövrdə uşaqlıq yolunun (vaginit), uşaqlıq boynunun (servisit) və uşaqlığın özünün (yəni hər zaman bilavasitə təmasda olduqları orqanların) iltihabını törədə bilər. Bundan başqa, xəstəlik törədici bakteriyalar uşaqlıq yolundan çox asanlıqla sidik ifrazı kanalına keçərək (uretrit), həmçinin sidik kisəsinin özünün (sistit) də iltihabına səbəb ola bilər.

Uşaqlıq yolunun disbakteriozunun əlamətləri: cinsi üzvlərdə qaşınma və yandırma hissiyyatı, xeyli dərəcədə selikli (bəzən xoşagəlməz iyli) ifrazatın olması, cinsi əlaqə zamanı quruluq və xoşagəlməz hissiyyatlar və s. Özündə uşaqlıq yolunun disbakteriozuna xas olan bu sadalanan əlamətlərdən heç olmasa birini hiss etmiş olan hər bir qadın tez bir zamanda həkimə müraciət etməlidir.

Ancaq onu da qeyd etmək lazımdır ki, xəstəliyə məruz qalmış hər dörd qadından birində uşaqlıq yolunun disbakteriozu özünü heç bir əlamətlə büruzə vermir! Məhz buna görə də, istənilən yaş qrupuna aid olan qadınların ildə 2 dəfə profilaktik olaraq ginekoloji müayinədən keçməsi çox vacib hesab edilir. Yalnız uşaqlıq yolunun disbakteriozu deyil, bir çox daha təhlükəli xəstəliklər də xeyli müddət ərzində əlamətsiz olaraq davam edə bilər. Mütəmadi olaraq aparılan profilaktik müayinələr, hətta ən ağır hesab edilən xəstəlikləri də vaxtında aşkar edib müalicə etməyə imkan verir. Məlumdur ki, hətta ilkin mərhələlərdə aşkar edilən xərçəng xəstəliyi də daha asanlıqla müalicəyə tabe olur. Vaxtında aşkar edilən digər daha yüngül xəstəliklərin müalicəsini isə xərçəng xəstəliyinə nisbətən daha asanlıqla aparmaq olur.

Uşaqlıq yolunun disbakteriozunun əsas səbəblərindən biri də müvafiq tələbat olmadığı halda, əsaslandırılmadan qadınların tez-tez öz uşaqlıq yolunu sabun, digər gigiyenik maddələr və məhlullarla yumasından ibarətdir. Artıq yuxarıda qeyd etdiyimz kimi uşaqlıq yolu özü-özünü təmizləyən orqandır. Ona görə də uşaqlıq yolunun bu vasitələrlə yuyulması heç bir əhəmiyyət kəsb etmir və əksinə olaraq, zərərli hesab edilir. Çünki bu zaman onun üçün həyati vacib olan bütün mikroflora xeyli dərəcədə məhv olunur.

Yuxarıda göstərilən “həddindən artıq təmizkarlıqdan” başqa, hormonal dərman preparatlarının qəbul edilməsi, endokrin sistemi xəstəlikləri (şəkərli diabet və s.), bağırsaq disbakteriozu, kiçik çanaq orqanlarının müxtəlif xəstəlikləri, oral (ağızdan qəbul edilən) kontraseptiv (mayalanma prosesinin qarşısını alan) dərman preparatları, uşaqlıqdaxili spirallar, streslər, müxtəlif xəstəliklər səbəbindən qadın immunitetinin zəifləməsi və s. bu kimi hallar da uşaqlıq yolu mikroflorasının pozulmasına səbəb ola bilərlər.

Antibiotiklərin və ya antiseptiklərin (mikroblar əleyhinə olan dərmanlar) vaginal dərman formalarından (uşaqlıq yolu daxilinə qoyulan şamlar) istifadə edilməsi, demək olar ki, praktik olaraq hər bir halda uşaqlıq yolu disbakteriozuna səbəb olur. Ona görə də, hər dəfə bu formalı dərmanlardan istifadə etdikdən sonra xüsusi dərman preparatlarından istifadə etməklə (bu barədə həkimlə məsləhətləşdikdən sonra) uşaqlıq yolunun normal mikroflorasını bərpa etmək vacib hesab edilir.

Uşaqlıq yolu (vaginal) disbakteriozuna şübhə olduğu halda, həkim-ginekoloq uşaqlıq yolunun mikroflorasının müayinəsi və cinsi yolla keçən infeksiyalara görə müayinə təyin edir. Uşaqlıq yolu (vaginal) disbakteriozuna cinsi yolla keçən infeksiyalar səbəb olmuş olarsa, müvafiq müalicə aparmaqla, ilk növbədə həmin xəstəlik törədicisini aradan götürmək lazımdır. Bu halda müalicə qadınla yanaşı, onun həyat yoldaşına da təyin edilir. Disbakteriozun yaranmasının səbəbi başqa faktor olduqda isə, həkim onun müalicəsi üçün digər müalicə üsullarından istifadə edir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri