O zavod 2027 ci ilədək işləməyəcək Təmirə 1 milyard dollar lazımdır
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyun ayında iki dəfə dron hücumuna məruz qalan "Qazprom Neft" şirkətinin Moskva neft emalı zavodu yaxın zamanda fəaliyyətini bərpa edə bilməyəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbələr bildiriblər ki, paytaxtın yanacaq tədarükünün üçdə birindən çoxunu təmin edən Moskvanın yeganə neft emalı zavodu yalnız 2027-ci ildə dəyən zərəri aradan qaldıra biləcək. Mənbələrdən birinin məlumatına görə, ildə 14 milyon ton tutuma malik neft emalı zavodunun təmiri "ən yaxşı halda altı ay" çəkəcək.
16 və 18 iyun tarixlərində baş verən məlum hücumlar bu neft emalı zavodunun hər iki əsas neft distillə qurğusuna zərər vurub. Bəzi analitiklər isə Moskva neft emalı zavodundakı təmir xərclərinin 1 milyard dollara çata biləcəyini və təmirin 1 il çəkəcəyini təxmin edirlər.
“AzPoitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 24 İyun 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















