“OBA” saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edir
Icma.az bildirir, Axar.az portalına istinadən.
Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.
Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.
Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:
• Şübhəli linklərə daxil olmamaq;
• Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;
• Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.
"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.
Baxış sayı:72
Bu xəbər 16 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















