Saxta kampaniyalarla bağlı vətəndaşlara Xəbərdarlıq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 fevral, Pərvanə Qafarova, AZƏRTAC
Kiberdələduzlar bir çox hallarda müxtəlif kampaniyalar adı ilə guya ucuz məhsul satışı, məhdud sayda endirim aksiyaları, xeyriyyə aksiyaları və ya sosial yardım proqramları təşkil edildiyini bildirərək istifadəçiləri saxta keçidlərə yönləndirməyə cəhd edirlər.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib.
Qeyd edilib ki, əksər hallarda saxta saytlar vizual olaraq rəsmi qurumların və ya tanınmış şirkətlərin internet səhifələrinə bənzədilir, domen adlarında isə kiçik dəyişikliklər edilməklə istifadəçilərin diqqətindən yayınmağa çalışırlar. Bu üsulla vətəndaşların bank kartı məlumatlarını, fərdi məlumatlarını, eləcə də istifadəçi hesablarını ələ keçirməyə cəhd göstərirlər.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətli olmağa, daxil olduqları internet səhifələrinin ünvanını diqqətlə yoxlamağa, kampaniya və aksiyalar barədə məlumatları yalnız rəsmi mənbələrdən yoxlamağa, şübhəli keçidlərə klik etməməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 19 Fevral 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















