Saxta kampaniyalarla bağlı xəbərdarlıq edildi
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.
MKA-dan Gununsesi.info-ya bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.
“MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Noyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















