Icma.az
close
up
RU
OBA Sənin ideyan dəstəklənir adı altında startap layihəsinə başlayır

OBA Sənin ideyan dəstəklənir adı altında startap layihəsinə başlayır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"OBA” marketlər şəbəkəsi innovasiyanın və startapların inkişafına dəstək məqsədilə "SİD” (Startap, İnnovasiya və Dəstək) layihəsini təqdim edir. Bu layihə pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramıdır və daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləyir. "SİD” layihəsi ideyaların ilkin mərhələdə dəstəklənərək böyüdülməsini özündə əks etdirir. 

Layihə "Sənin İdeyan Dəstəklənir” şüarı ilə yaradıcı təşəbbüslərin inkişafını təmin edir. Proqram daxilində "OBA” marketlər şəbəkəsinin əməliyyatlarını optimallaşdıracaq innovativ həllər hazırlanması nəzərdə tutulub. Eyni zamanda layihə Azərbaycan startap ekosisteminin inkişafına mühüm töhfə verir. 

Layihə iki əsas istiqaməti əhatə edir: Daxili proqram – OBA Intrapreneurship və Xarici proqram – İnnovativ Həllər Marafonu. Daxili proqramda şirkət əməkdaşları üçün nəzərdə tutulmuş bu istiqamət daxili ideyaların inkişafı və reallaşdırılması üçün platforma yaradır. Xarici proqram, yəni İnnovativ Həllər Marafonu şirkət xaricindən startap komandaları, mütəxəssislər və yaradıcı fərdlər üçün təşkil edilən açıq müsabiqədir. Burada real biznes problemlərinə tətbiq edilə bilən texnoloji və yaradıcı həllər təklif olunur. İştirakçılar öz layihələrini münsiflər qarşısında təqdim edir və ən yaxşı həllər mükafat qazanır.

Marafon müddətində mentor dəstəyi, prototip hazırlanması və yekun təqdimatlar keçirilir. Layihənin əsas qiymətləndirmə kriteriyaları problemin aktuallığı, innovativlik, iqtisadi səmərəlilik və texnoloji əsaslılıqdır. Ümumilikdə 10,000 AZN məbləğində mükafat fondu nəzərdə tutulub. "SİD” layihəsi şirkətin innovasiya mədəniyyətini gücləndirir və əməkdaşların yaradıcı potensialını üzə çıxarır. Bu təşəbbüs "OBA” marketlər şəbəkəsini regionda innovasiya yönümlü biznes mərkəzinə çevirməyi hədəfləyir. Layihə həmçinin yeni tərəfdaşlıq və əməkdaşlıq imkanları yaradılmasında əhəmiyyətli rola malikdir. 

Layihə ilə bağlı ətraflı məlumat üçün sayta keçid edə bilərsiniz: https://startup.oba.com.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri