Icma.az
close
up
RU
Azərbaycan pərakəndə satış sektorunda ilk: OBA startap ekosisteminə dəstək proqramına start verdi

Azərbaycan pərakəndə satış sektorunda ilk: OBA startap ekosisteminə dəstək proqramına start verdi

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

OBA Marketlər şəbəkəsi innovativ düşüncəni təşviq etmək və startap ekosisteminin inkişafına töhfə vermək məqsədilə SİD (Startap, İnnovasiya, Dəstək) layihəsini ictimaiyyətə təqdim edib. Layihə pərakəndə satış sahəsində ilk innovasiya proqramı olmaqla, həm startapların, həm də işçi heyətinin ideyalarının reallaşdırılmasını hədəfləyir.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş direktoru Aydın Talıbov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov iştirak ediblər.

"Sənin ideyan dəstəklənir” şüarı altında həyata keçirilən SİD layihəsi yaradıcı təşəbbüslərin inkişafına təkan verməklə yanaşı, OBA-da əməliyyatların optimallaşdırılmasına, innovativ həllərin tətbiqinə və ümumilikdə Azərbaycanın startap ekosisteminin şaxələndirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov sözügedən layihə ilə bağlı bildirib ki, seçilmiş 33 startap üçün effektiv inkubasiya mühitinin formalaşdırılması məqsədilə "İnnovasiyalar Mərkəzi" öz resurslarını paylaşmağa hazırdır. Bu əməkdaşlıq dövlət və özəl sektor tərəfdaşlığının parlaq nümunəsidir və biz OBA-nın təşəbbüsünü yüksək qiymətləndiririk.

Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş direktoru Aydın Talıbov layihənin təqdimatında çıxış edərək Qrupun innovasiyaya baxışını belə ifadə edib:

"Şirkətlər Qrupumuz innovasiyaları gələcəyə aparan əsas hərəkətverici qüvvə kimi görür. Bizim üçün gənclərin innovativ düşüncəsi və sahibkarlıq ruhu yeni imkanların qapısını açır. OBA-nın bu təşəbbüsü pərakəndə sektorunda ilk və nümunəvi addımdır. Əminəm ki, bu layihə sektorun digər iştirakçıları üçün də ilham mənbəyinə çevriləcək.”

OBA marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova layihə ilə bağlı bildirib: "OBA olaraq biz hər zaman yeniliyə, inkişafa və əməkdaşlığa açığıq. SİD layihəsi bizim üçün sadəcə bir startap proqramı deyil bu, OBA-nın rəqəmsal gələcəyini formalaşdıracaq ideyaların başlanğıcıdır. Əminik ki, bu təşəbbüs sayəsində həm gənclər öz potensialını reallaşdıracaq, həm də pərakəndə ticarət sahəsində daha çevik və innovativ yanaşmalar formalaşacaq.”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov isə çıxışında layihənin əhəmiyyətini vurğulayaraq deyib: "OBA marketlər şəbəkəsinin bu təşəbbüsü ölkəmizdə korporativ mühitdə innovasiyanın tətbiqi baxımından mühüm addımdır. Biz inanırıq ki, dövlət və özəl sektorun bu cür birgə təşəbbüsləri startap ekosisteminin dayanıqlı inkişafına xidmət edəcək.”

Qeyd edək k, müvafiq layihəyə ümumilikdə 183 komanda müraciət edib. Onların arasından 33 ən perspektivli komanda növbəti mərhələyə seçilib. Keçirilən rəsmi açılış marafonu zamanı bu komandalar öz ideyalarını qonaqlara təqdim edib və pərakəndə ticarət sektorunda tətbiq oluna biləcək innovativ həllərin ilkin mərhələsinə start veriblər.

Marafon müddətində iştirakçılar inkubasiya mərhələsi çərçivəsində mentor dəstəyi alacaq, prototiplər hazırlayacaq və yekun təqdimatlarını münsiflər heyətinə təqdim edəcəklər. Qiymətləndirmə meyarlarına problemin aktuallığı, innovativlik, iqtisadi səmərəlilik və texnoloji əsaslılıq daxildir.

Layihə çərçivəsində ümumilikdə 10,000 manatlıq mükafat fondu nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri