Icma.az
close
up
RU
“Adı sənin, dadı mənim”

“Adı sənin, dadı mənim”

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

 Azərbaycanda aparılan media islahatlarının əsas prinsipi peşəkar və beynəlxalq müstəviyə çıxa biləcək  jurnalistlərin, onlayn və off-layn media qurumlarının formalaşmasıdır.

Media –intellektual biznes növüdür. Burada bazar prinsipləri yaradıcılıq faktoru ilə birləşir.

Bu istiqamətdə əsas məqam ölkədə media ilə bağlı reklam bazarının yaradılmasıdır. Hazırda bu məsələdə pərakəndəlik nəzərə çarpır. Sabit bazarın yaranması üçün böyük gəlir əldə edən yerli və əcnəbi şirkətlərin bu prosesdə yerini tutması vacib məsələdir.

Lakin bu istiqamətdə ciddi uğurlar yoxdur.

1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Coca-Cola” şirkəti  ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan sayılır. “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.

Rəsmi məlumata görə, “Coca-Cola” Azərbaycanın iri vergi ödəyicilərinin siyahısında 27-ci yerdə qərar tutub.

Milli biznesdə əhəmiyyətli seqmenti təşkil edən “Coca-Cola”buna rəğmən yerli mediada reklam bazarının yaradılmasında töhfələri çox zəifdir.

Reklam bazarı şəffaf hesabatlıq tələb edir. Burada şirkətin qazancı və xərcləri aydın əks olunmalıdır. Amma təəssüf ki, açıq mənbələrdə Coca-Cola şirkətinin Azərbaycandakı illik gəliri barədə konkret maliyyə statistikası təqdim olunmur. Şirkət bu cür lokal gəlir göstəricilərini adətən açıqlamır.

Yalnız o məlumdur ki, Türkiyədə yerləşən,“Coca-Cola Azərbaycan”ın daxil olduğu “Coca-Cola İçecek A.Ş.”-ın 2023-cü il üzrə açıqladığı ümumi gəlir 3.74 milyard ABŞ dolları olub. Bu rəqəm isə təkcə Azərbaycana yox, CCI-nin bütün fəaliyyət ölkələrinə aiddir.

Məhsul həcminə gəlincə, “Coca-Cola Azərbaycan” şirkətinin 2024-cü ildə Azərbaycan bazarında ümumi satış həcmi 9.3% artıb. 2025-ci ilin ilk rübündə satış həcmi daha 13.3% artaraq 15 milyon vahid qutunu keçib.

Bəs bütün bunların müqabilində Coca-Cola Azərbaycan mediasında reklama nə qədər pul xərcləyir?

Burada da tam bir sukut: Açıq mənbələrdə Coca-Cola-nın Azərbaycandakı reklam xərcləri — məsələn, illik reklam büdcəsi və ya marketinqə ayrılan məbləğ — barədə konkret və etibarlı rəqəmlər yoxdur.

Qlobal səviyyədə, Coca-Cola şirkətinin reklam xərcləri illik təxminən 4 milyard ABŞ dolları civarındadır. Azərbaycana dair bəzi məlumatlarda reklam agentlikləri ilə aparılan görüşlər və kampaniyalardan sitatlar var, lakin bunlar da xərclərin konkret rəqəmlərini açıqlamır.

Bütün bunlara əsasən deyə bilərik ki, “Coca-Cola”-nın Azərbaycanda reklam üçün nə qədər pul xərclədiyi barədə etibarlı, rəqəmlərə əsaslanan məlumat yoxdur.

 Lakin şirkət Facebook və digər sosial şəbəkələrdə reklama pul əsirgəmir. Azərbaycandakı konkret xərclər açıqlanmasa da, “Coca-Cola” şirkətinin qlobal səviyyədə sosial şəbəkələrə (Facebook, Instagram, Twitter/X və s.) nə qədər sərmayə qoymasına dair bəzi məlumatlar mövcuddur.

Məsələn, “Coca-Cola”nın 2023-cü ildə reklam üçün dünya üzrə rekord səviyyədə- təxminən 5 milyard ABŞ dolları xərcləyib. 2017–2021-ci illərdə illik xərclər təxminən 4 milyard ABŞ dolları civarında olub.

Əgər 2019-cu ildə ümumi media xərclərinin yalnız 30 faizi  rəqəmsal platformalara yönəldilirdisə, 2023-cü ildə bu rəqəm təxminən 60 faizə yüksəlib. 2022-ci il üçün rəqəmsal marketinq xərcləri ümumi xərclərin təxminən 45 faizinə bərabər olub. Bu da təqribən 2.1 milyard ABŞ dolları deməkdir.

Bu sırada program reklamına 650 milyon dollar, mobil marketinqə 450 milyon dollar, Influencer marketinqinə 250 milyon dollar xərclənib. Ən son məlumata görə, “Coca-Cola”nın ümumi reklam xərclərinin 60 faizi rəqəmsal məzmun və kanallara yönəldilir. Bu, təxminən 3 milyard dollardır.

Bu məblğin içində sosial media reklamları (Facebook, Instagram, Twitter/X, TikTok və s.) əhatəli yer alır.

Yenə də Azərbaycan üzrə konkret rəqəmlər açıqlanmır.

 Bəs “Coca -Cola” onlyan mediada reklama nə qədər pul xərcləyir?

“Coca-Cola”nın dünyanın istənilən yerində, o cümlədən Azərbaycanda da onlayn media (social media və digər rəqəmsal platformalar) üzrə konkret reklam xərcləri barədə açıq, lokallaşdırılmış məbləğlər açıqlanmır.

Konkret platformalara (Facebook, Instagram və s.) ayrılan məbləğlər bu xərclərin əsasını təşkil edir.

Azərbaycanda Coca-Cola-nın reklam büdcəsi açıqlanmasa da, qlobal tendensiyaların burada da izlənildiyini görürük. Facebook & Instagram ölkədə əsas hədəf platformalardır. TikTok 2023-2025-ci illərdə Coca-Cola-nın yerli kampaniyalarında aktiv istifadə olunmağa başlayıb. Influencer əməkdaşlıqları son illərdə Coca-Cola-nın brend mesajlarının yayılmasında mühüm yer tutur.

Yekun nəticə nə göstərir?

Coca-Cola qlobal reklam xərclərinin 60 faizini (2023-də 3 milyard dollar) rəqəmsal mediaya yönəldir. Bu vəsaitin böyük hissəsi Facebook, Instagram və TikTok üzərindən sosial media kampaniyalarına, qalanı isə YouTube və influencer marketinqinə xərclənir.

İri şirkətlərin pul qazandıqları ölkədə yerli medianın “qan damarı” sayılan reklam bazarına dəstək olması vacib məsələdir.

Yoxsa ki, əcaib mənzərə yaranır: “Coca-Cola” qazlı suyunu bizə içirdir, bizdən qazandığı pulları xarici sosial platformalarda öz reklamına xərcləyir. “Adı sənin, dadı mənim” deyimini xatırladan bu tendensiya böyük qazanc payı olan şirkətlər üçün keçərli sayıla bilməz.

Bu gün dünyada informasiya ən qiymətli məhsul sayılır. Məlumatlar insan həyatını idarə edir, ictimai rəyi yönləndirir. Bu baxımdan Azərbaycanda güclü, yad təsirlərə ciddi müqavimət göstərə biləcək milli media ən aktual məsələyə çevrilib. Ona görə sabit maliyyə bazası, əlçatan reklam bazarının formalaşması bu müstəvinin qurlması üçün mühüm amildir.

…Dünyanın ən böyük şirkətlərindən olan “Coca- Cola” gələn il 140 yaşını qeyd edəcək. “Əkinçi” qəzetindən 10 il kiçik olan şirkət Azərbaycanda yerli reklam bazarının qurulmasında, elan edilən media islahatlarında ön sıralarda durmalıdır.

Onun kimi digər iri vergi ödəyicisi olan şirkətlər də…

AzPost

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Sentyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri