Icma.az
close
up
RU
“Öcalandan bu tələb olunacaq” Türkiyəli ekspert İmralı prosesinin pərdəarxası məqamlarını açdı

“Öcalandan bu tələb olunacaq” Türkiyəli ekspert İmralı prosesinin pərdəarxası məqamlarını açdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“İmralı prosesi sadəcə nümayəndə heyətinin səfəri kimi qəbul edilməməlidir. Bu, əldə edilən uğurların danışıqlar masasında təsdiqlənməsi, təşkilatın ləğvi prosesinin təmin edilməsi və Türkiyənin regional strateji nəzarətinin möhkəmləndirilməsi deməkdir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Türkiyə Gazetesi” yazarı, siyasi ekspert Nur Tuğba Aktay bildirib. O, nümayəndə heyətinin səfərinin Türkiyə Böyük Millət Məclisinin çətiri altında Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Demokratik Bölgələr Partiyası millət vəkillərinin qanunvericilik himayəsi altında həyata keçirilən şəffaf bir proses olduğunu qeyd edib. Siyasi ekspertin sözlərinə görə məqsəd simvolik bir nümayiş deyil, Türkiyənin danışıqlar masasında üstünlüyünü təmin etməkdir:

“Bu, həm də milli təhlükəsizlik, hüquqi sabitlik və regional tarazlıq üçün vacibdir. Tarixə nəzər saldıqda, Osmanlıdan sonrakı dövrdə Türkiyənin Yaxın Şərq və Qafqazda sərhədlərini və etnik və məzhəb tarazlığını qorumaq üçün davamlı olaraq diplomatik və strateji manevrlər etdiyini görmək olar. Bu gün də yerdəki güc danışıqlar masasında nəzarət ilə möhkəmləndirilir”.

N.T.Aktay səfərdə ən vacib məqamın Abdullah Öcalan vasitəsilə SDG-yə “silahlarınızı yerə qoyun” çağırışının edilməsi olduğunu xüsusi vurğulayıb:

“Öcalanın simvolik çəkisi təşkilatın dağılmasını sürətləndirəcək psixoloji təsirə malikdir. Bu çağırış ABŞ və İsrailin bölgədəki ekspansionist, etnik və məzhəbçi müdaxilələrini pozacaq, Türkiyənin sərhəd təhlükəsizliyini və Suriyanın şimalında sabitliyi təmin edəcək.

İsrailin ekspansionist siyasəti, ABŞ-ın strateji müdaxilələri, İran və digər aktorların bölgəyə təsir göstərmək cəhdləri Türkiyənin sərhədləri və etnik və məzhəb tarazlığı üzərindən bölgədə sabitliyi pozmaq potensialına malikdir. Bu aktorlar 2026-cı ildə strategiyalarını yenidən formalaşdırarkən, Türkiyə yerdəki qüvvələr nisbətini, enerji xətlərini, miqrasiya yollarını və geosiyasi ittifaqları idarə etməlidir”.

Nur Tuğba Aktay

Türkiyəli yazar İmralı prosesinin və SDG-yə çağırışın sadəcə daxili təhlükəsizlik tədbirləri deyil, bögədəki strateji üstünlük, diplomatik danışıqlar aparmaq və Türkiyənin nəzarət mexanizminin təmin etmək üçün vasitə olduğunu vurğulayıb:

“Bu məqamda, Azərbaycanlı qardaşlarımız da bilməlidirlər ki, Türkiyənin regiondakı rolu yalnız öz təhlükəsizliyi üçün vacib deyil; bu, həm də regional sülh, sabitlik və qardaş xalqlarla strateji həmrəylik baxımdan zəruridir. Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mədəni və strateji əlaqələr bu prosesin regional təsirini daha da əhəmiyyətli edir. Yaxın Şərqdə və Qafqazda sabitliyin təmin edilməsi güclü və uzaqgörən diplomatiya vasitəsilə əldə edilmiş nəzarəti danışıqlar masasına götürməkdən asılıdır”.

Aktay, yekun olaraq, İmralı prosesinin və dövlətin strateji addımlarının təkcə terrorizmin aradan qaldırılması üçün deyil, həm də 2026-cı il qlobal və regional geosiyasi nizamda Türkiyənin xeyrinə bir tarazlığın yaradılması və xarici aktorların bölgə üzərindən manipulyasiya cəhdlərinin neytrallaşdırılması üçün vacib olduğunu deyib. Bildirib ki, bu prosesi anlamaq istəyənlər ona gündəlik siyasi müzakirələrə görə deyil, tarixi perspektiv, strateji müdriklik və regional məsuliyyət hissi ilə yanaşmalıdırlar.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri