Icma.az
close
up
RU
PKK Öcalanın çağırışına cavab verməsə, nə olacaq? AKPdən AÇIQLAMA

PKK Öcalanın çağırışına cavab verməsə, nə olacaq? AKPdən AÇIQLAMA

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman gündəmə dair açıqlama verib. 

"Cebheinfo.az" xəbər verir ki, o, "CNN Türk" telekanalında qonaq olarkən PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın ehtimal olunan silah buraxma çağırışı ilə bağlı danışıb.

Hüseyn Yayman PKK-nın Öcalanın çağırışına müsbət cavab verməyəcəyi təqdirə nə olacağını açıqlayıb:

"Fevral ayında Türkiyədə silahların yerə qoyulacağı və PKK-nın artıq hərəkətə keçməyəcəyi bir mühitin ön plana çıxacağını düşünürəm. Ancaq PKK Öcalanın çağırışını qəbul etməsə, nə olacaq? O zaman Prezident Ərdoğan və MHP lideri Baxçalı deyəcək ki, biz silahları buraxın dedik, amma onlar qəbul etmədilər. Biz daha nə edə bilərik deməklə siyasi üstünlük əldə edəcəklər. Faktiki olaraq, PKK-nın partiyası olan DEM Partiyasının Öcalandan istifadə etdiyi görünür". 

O qeyd edib ki, PKK terrorçuları silahları buraxmalıdırlar:

"Əslində, PKK silahı yerə qoymalıdır. Çünki Türkiyədə kürd problemi yoxdur, terror problemi var. Əgər PKK terror fəaliyyətlərinə və mübarizəni davam etdirəcəklərini desə, onda Türkiyə böyük dövlət olaraq nə lazımdırsa, onu da edəcək".

Lakin deputat prosesin müsbət şəkildə başa çatacağını düşünür:

"Düzdür, bu proses zamanı bir çox problem olacaq. Buna baxmayaraq, prosesin sonunda Türkiyənin bambaşqa bir iqlimə bürünəcəyi və terror qruplaşmasının silah buraxacağını düşünürəm. Hazırda terrorçuların dağda qalması üçün heç bir səbəb yoxdur. PKK silah buraxsa, Türkiyə böyük bir problemdən xilas olacaq. Biz bu məsələyə Türkiyənin demokratikləşməsi kimi baxırıq". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri