Icma.az
close
up
RU
Ödənişləri kartdankarta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Ödənişləri kartdankarta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollarla, xüsusilə kartdan-karta edilməsidir. Bu barədə valideynlər sosial şəbəkələrdə öz narazılıqlarını bildiriblər. Bu məsələ bir tərəfdən valideynləri haqlı olaraq narahat edir, digər tərəfdən isə vergidən yayınma halları ilə bağlı ciddi hüquqi problemləri gündəmə gətirir. 

Sfera.az bildirir ki, valideynlərin əsas narazılığı ödənişlərin şəffaf olmamasıdır. 


Belə ki, kartdan-karta ödənişlər zamanı qəbz təqdim edilmir, bu da valideynlərin hüquqlarını müdafiə etməyi çətinləşdirir. Şəffaflıq olmadığından valideynlər ödədikləri məbləğin xidmətə uyğun olub-olmadığını qiymətləndirə bilmir.Həmçinin belə olanda müəyyən bir tarif olmadığı üçün bəzi bağçalar qiymətləri özbaşına təyin edə bilir.Digər tərəfdən, kartdan-karta ödənişlər dövlətə ödənilməli olan vergi məbləğinin azaldılması məqsədini daşıya bilər. Bu, dövlət büdcəsinə ziyan vurur, rəqabət mühitində qeyri-bərabər şərait yaradır, iqtisadi sahədə şəffaflıq prinsipinə ziddir.


Maraqlıdır, bəs vergidən yayınan bağça rəhbərliyini hansı cəza gözləyir?

Dövlət Vergi Xidmətinin media və kommunikasiya idarəsindən mövzu ilə bağlı Sfera.az-a verdiyi məlumata görə, Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib:


““Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısına özəl təhsil qurumu ƏDV məqsədləri üçün qeydiyyatdan keçibsə və ya rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıqdırsa müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdır.Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Həmçinin ödənişlərin qeyri-rəsmi həyata keçirilməsi bir neçə qanun pozuntusuna səbəb ola bilər. Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergidən yayınma 2000 manatdan çox olduqda cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mühasibat uçotunun pozulması isə inzibati və cinayət məsuliyyəti yaradır. Valideynlərə rəsmi qəbz və ya müqavilə təqdim edilmədikdə, onların hüquqları İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında Qanunla qorunmur, istehlakçı hüquqlarının pozulması halı baş verir.

Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 1700-ü dövlət, 157-si özəl olmaqla 1857 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Lakin konkret olaraq nəzarət edən qurum yoxdur. Belə ki, özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə həyata keçirilir. Ümumilikdə, özəl məktəbəqədər təhsil müəssisələri müstəqil sahibkarlıq subyekti kimi hər hansı qurumun tabeliyində deyil və öz nizamnaməsi əsasında fəaliyyət göstərir. Lakin bağçaların fəaliyyət göstərməsi üçün lazım olan lisenziyanı İqtisadiyyat Nazirliyi verir. Bu da lisenziya verilən müəssisənin həmin qurum tərəfindən yoxlanılmasını zəruri edir. 

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri