“Odissey”dən daha bir rekord 1 milyardı keçdi
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Odissey” filmi 1,1 milyard dollar (təxminən 1 milyard 870 milyon AZN) kassa yığımı ilə tanınmış rejissor Kristofer Nolanın ən çox gəlir gətirən layihəsinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Bununla da, “Odissey” 1,085 milyard dollar (təxminən 1 milyard 844 milyon AZN) kassa yığımı ilə Nolanın filmləri arasında əvvəlki lider olan “Qara cəngavər: Əfsanənin yüksəlişi” (2012) filmini geridə qoyub.
“Odissey” həmçinin “R” reytinqli filmlər arasında kassa yığımlarına görə ikinci yerdədir və bu baxımdan yalnız “Deadpool & Wolverine” filmindən (1,33 milyard dollar/təxminən 2 milyard 260 milyon AZN) geri qalır.
Qeyd edək ki, Nolanın əvvəlki filmi “Oppenheimer”in kassa yığımları 975,8 milyon dollar (təxminən 1 milyard 658 milyon AZN) təşkil edib. Film yeddi “Oskar” mükafatına layiq görülüb. Bununla da, rejissorun filmlərinin ümumi kassa yığımları 7 milyard dolları (təxminən 11 milyard 898 milyon AZN) keçib.
Baxış sayı:98
Bu xəbər 10 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















