“Odlar Yurdu” Avropa Kubokunda son tura medal şansı ilə çıxır
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa Kubokunda Azərbaycan təmsilçiləri altıncı turu qələbə ilə başa vurublar.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında mübarizə aparan “Vüqar Həşimov” Almaniyanın “Sankt-Pauli 1910” klubunu 5:1 hesabı ilə məğlub edib.
Qadınların turnirində isə “Odlar Yurdu” Lüksemburqun “Qambit Bonnevua” komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra “Odlar Yurdu” xallarının sayını ona çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Vüqar Həşimov” isə səkkiz xalla 17-ci yerdədir.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Bayegan Pendik” klubu 11 xalla ikinci pilləni tutur.
“Odlar Yurdu” son tura medal qazanmaq şansı ilə çıxacaq. Təmsilçimiz həlledici qarşılaşmada qalib gəlsə, xallarının sayını 12-yə çatdıracaq. Bununla belə, komandanın yekun mövqeyi digər görüşlərin nəticələrindən və əlavə göstəricilərdən də asılı olacaq.
“Vüqar Həşimov” isə son turda qələbə qazanacağı təqdirdə 10 xala yüksələcək. Komandamızın turnir cədvəlində irəliləmək imkanı olsa da, ilk üçlüyə düşmək ehtimalı olduqca zəifdir.
“Vüqar Həşimov”un heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Rəad Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev yer alıblar.
“Odlar Yurdu”nun heyətinə isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova daxildir.
Qeyd edək ki, yeddi turdan ibarət Avropa Klublar Kubokuna oktyabrın 23-də yekun vurulacaq. Sonuncu turun görüşləri Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Baxış sayı:109
Bu xəbər 23 Oktyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















