Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

“Odlar yurdu”nun “Od çərşənbəsi”

“Odlar yurdu”nun “Od çərşənbəsi”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ulularımızın təbiət təqvimində yeni ilin ayaq səsləri eşidilir

Elimiz, obamız yenə də “Od çərşənbəsi”nin sevincini yaşayır. Hələ zərdüştilikdən çox əvvəl də insanlar torpağı isidən odu Günəşin yerdəki rəmzi sayıblar. Od həmişə türkün təsəvvüründə müqəddəslik, ululuq rəmzi olub. Odla arınma türk mifoloji düşüncəsində qədimdən kök salıb. Onun bəşər övladını pislikdən, bədlikdən qoruyacağına, xeyirin şər üzərində qələbə çalacağına inanıb turanlılar.

“Azərbaycan” adında da od nişanəsi var. “Azər” od, atəş deməkdir. Bu ulu torpaq özünün nefti, qazı ilə böyük bir atəşgahdır. Suraxanı ibadətgahı onun kiçik prototipidir. Orta əsrlərdə Pirallahıda, Bakı buxtasında, Şubanı dağında yanar qazların yer səthinə çıxması ziyarətçilərin oturub oda səcdə etməsini və Allaha dua oxumasını şərtləndirib.

İstiqlal şairimiz, bu günlərdə 100 illik yubileyinə bütün Türk dünyasında “Bəxtiyar ili” adı ilə start verilmiş Bəxtiyar Vahabzadə bu gerçəyi belə poetikləşdirmişdi:

Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam – Torpaq, Atam – Od
Mən Oddan yaranmışam.

...Qubanın dəniz səviyyəsindən çox ucada yerləşən Xınalıq kəndinə getmişdik. Qonaqpərvər xınalıqlılar bir günorta bizi qarşı dağa apardılar. Orada kabab çəkməyə hazırlaşdılar. Kömür-filan götürməmişdilər, ətrafda isə nə bir ağac gözə dəyirdi, nə də oduncaq adına quru kol-kos. Təəccüb etdiyimizi görən sakinlərdən biri “Əsas kibritdir, o da varımızdır” – dedi. Sonra bir qədər aralıda dairəvi şəkildə düzülmüş daşlara yaxınlaşdı, kibrit çöpünü yandırıb ortalıqdakı torpağa tutdu və həmin an daşların arası yüngülcə alovlandı. Sən demə, həmin nöqtədə yerdən qaz çıxırmış... Söhbət zamanı dostlar bizə buralarda belə yerlərin çox olduğunu, bəzilərinin də müqəddəs ocaq, pir kimi tanındığını söylədilər. Nisbətən yaşlı kişi isə dedi ki, bu ocaqlar, pirlər Azərbaycanı xatadan, bəladan qoruyur.

Odlar diyarımızda “Od çərşənbəsi” günü bütün bunları xatırlamaqda məramımız odun, atəşin, hətta kiçicik qığılcımın, çınqının, qovun da qədimdən Novruzun mühüm ünsürü olduğunu bir daha təsdiqləməkdir. Qoy, ilboyu ocağımız yanar, qazanımız qaynar olsun! Süfrələrimizi bəzəyən şəkərbura, paxlava ömrümüzü, günümüzü şirinləşdirsin!

Universitetdə bizə şifahi xalq ədəbiyyatından dərs deyən mərhum professor Azad Nəbiyev bildirirdi ki, Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan gözəl xüsusiyyətləri birləşdirir, əcdadlarımızın dünyagörüşünə, düşüncə tərzinə güzgü tutur. Su, od, yel və torpaq kimi ünsürlərlə bağlı müjdə çərşənbələri ümidi, inamı, sevinci ehtiva edir. Hərəsinin də öz mənası, özəl mahiyyəti.

Çalış, alış tonqalım,
Yeddi qarış tonqalım,
Qoy alovun gur olsun,
Üzümüzə nur dolsun.

Bəzən mübahisə doğuran bir amil də var ki, bu da çərşənbələrin sıralanması ilə bağlıdır. Amma nəzərə almalıyıq ki, sıralanmanın hər bir bölgənin, regionun yerləşdiyi relyefə görə dəyişikliyə məruz qalması təbiidir. Bir çox yerlərdə ərəfə bayramlarına su çərşənbəsi ilə başlamaq bir qayda kimi qəbul olunub. Amma, tutaq ki, Naxçıvanda od çərşənbəsi sonuncu qeyd olunur.

Bu da var ki, fars dilində dünyanın və insanın yaranmasını şərtləndirən məşhur “abi-atəş-badi-xak” (su-od-yel-torpaq) dördlük sistemi əsasında hər bir ünsürə uyğun şəkildə çərşənbə adları düzəldilib. Mərhum həmkarımız İlham Abbas deyirdi ki, bu ardıcıllığı əlifbadakı hərf sıralaması (a–a–b–x) ilə də yadda saxlamaq olar.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə isə bir qeydində dahi Məhəmməd Füzulinin irsində çərşənbələrlə bağlı alternativ bir ədəbi nümunə olduğunu xatırladıb. Alimlə əlaqə saxlayaraq, bu barədə bir qədər ətraflı məlumat verməsini xahiş etdik. Onun dediklərini oxucuların diqqətinə çatdırırıq.

– Bəllidir ki, çərşənbələr su, od, hava, torpaq olmaqla bütün yaranışın tərkibini təşkil edən ünsürlər əsasında götürülüb. Ardıcıllıq isə çox zaman müzakirə mövzusu olub. Bu, folklorda və yazılı ədəbiyyatda müxtəlif şəkillərdə özünü göstərir. Füzulinin bir rübaisindəki sıralamada od çərşənbəsi 1-ci yerdədir. Həmin nümunədə bu fərqlilik şifrələnmiş çərşənbələr şəklində müşahidə olunur:

Məcnun oda yandı, şöleyi-ah ilə pak, – (od)
Vamiq suya batdı əşkdən oldu həlak. – (su)
Fərhad həvəs ilə yelə verdi ömrün, – (yel)
Xak oldular onlar, mənəm imdi ol xak. (xak – torpaq)

Göründüyü kimi, böyük şair dörd misrada məzmun səviyyəsində ilahi eşqi ürfani baxışlarına uyğun şəkildə ifadə etməklə yanaşı, burada kodlaşdırdığı fikirləri müəmma janrına uyğun olaraq şeirin içində məhz Füzuliyə layiq şəkildə gizlədib. Rübaini oxuyarkən çoxumuz şeirin bədii gözəlliyini və məna dərinliyini, eşq yolçularının şöhrət tapmış adlarını izləmiş, amma gizli şifrələrin üzərindən keçib getmişik.

Məlumdur ki, Füzuli yalnız şair deyil, həm də dövrünün böyük alimi idi. Bu fəaliyyət sahəsində onun fərqli mövzularda əsərləri də var. Eyni zamanda, Füzuli şeirləri yalnız şeir deyil, həmçinin elmdir. Elə buna görə də yaradıcılığında müxtəlif qatlarda fuksional mənalar üzə çıxır. “Elmsiz şeir əsası yox divar olur və əsassız divar ğayətdə bietibar olur” – deyən Füzulinin bu rübaisində şifrələdiyi çərşənbələrlə bağlı fikirlər təsadüfi deyil. Aydın olur ki, şair çərşənbələrin sıralanmasını bu şəkildə qəbul edib. Mən ilk dəfə atam İslam İslamzadənin arxivində rübainin təhlilinə aid bu şifrə açımına rast gəlmişəm. Daha sonra füzulişünaslıqda da bu semantik laylara diqqət verildiyini müşahidə etmişəm.

Dahi şair öz rübaisində təbiətin yenidən dirçəlməsi sıralamasını qələminə məxsus çoxlaylı anlamlarda verib. Başqa sözlə desək, bir çərşənbə şifrəsi yaradıb.

Sonda qeyd edək ki, çərşənbələrin ardıcıllığının necə olmasına baxmayaraq, dördü də bayram ruhlu, Novruz ovqatlıdır. Böyüklü-kiçikli hər kəsi sevindirir. Təki sevinib şadlanan günlərimiz çox olsun!

* * *

İllər öncə Novruz bayramı, çərşənbələrlə bağlı Xalq yazıçısı, folklorumuzun, adət-ənənələrimizin mahir bilicisi, professor Əzizə Cəfərzadə danışırdı ki, insanlar bineyi-qədimdən təbiəti canlandıran, torpağı isidən Günəşi onun yerdəki əlaməti kimi rəmzləşdiriblər. Bu, Zərdüşt inanclarından hələ çox-çox əvvəl olub.

Belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, oхşasalar, təbiət o qədər tez isinər. Ötənlərdə kənd yerlərində yaşayanlara Od çərşənbəsinin gəldiyini bildirmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Dağlar olmadığı ərazilərdə isə hündür yerlər seçərək, tonqalların oralarda çatılmasını uyğun hesab edirmişlər. Qeyd edək ki, indi də bəzi dağətəyi bölgələrdə İlaxır çərşənbədə gənclər dağlara qalxıb orada tonqal qalayır, şənlənirlər.

Novruz bayramına qədər bir çox tamaşa və oyunlar keçirilib ki, adət-ənənəyə uyğun olaraq, bu tamaşa və oyunlarda, əsasən, cavanlar iştirak ediblər. Yaxın keçmişimizdə bölgələrdə keçirilən cıdır, qılıncoynatma, kəməndatma, gözbağlıca, kosa-kosa və digər oyun və tamaşalardan ən çox cıdır və kosa-kosa oyunlarında kütləvilik seçilib. Çünki bu oyunlarda cavanlarla bərabər uşaqlar da, yaşlılar da iştirak edib. Novruza qədər keçirilən çərşənbələrdən ən kütləvisi əvvəllər də Od çərşənbəsi olub, indi də belədir.

Bu gün bölgələrdə, əsasən də kəndlərdə hər ailə öz həyətində bir tonqal çatıb, əlavə olaraq küçədə də ocaq qalayacaqsa, şəhərdə hər binanın önündə olmasa da, iki-üç binadan bir, 300 – 400 ailəyə bir tonqal qalanacaq. Amma, istər kənddə, istərsə də şəhərdə uşaqlar bu çərşənbəyə xüsusi hazırlaşırlar. Axşam çərşənbə tonqalı çatmaq üçün neçə gün əvvəldən taxta qırıqları, qurumuş ağac budaqları, bir sözlə, çıl-çırpı yığıb bu günə saxlayırlar. Tonqalın alovu ərşə bülənd olanda yerdən götürülür, od üstündən tullanmaqla məharətlərini göstərmək istəyirlər. Həmin axşam sanki göy yerə köçür. Yer qaranlıq səmanı, hər ocaqdan çıxan qığılcımlar ulduzları xatırladır. Qaranlıqda ocaq başına, alovun istisinə və işığına toplaşanların sayı-hesabı olmur. Onlar bir-birilərinə alqış-dua edirlər. Oddan tullanmağa yığışanlar “Ağırlığım bu tonqalda qalsın!” – deyib ocağın üstündən atlanırlar.

Hələ qədim dövrlərdən insanlar odu müqəddəs bilib, qoruyub, hörmət ediblər. Odla bağlı xeyli atalar sözü yaranıb: “Od imandır”, “Od düşdüyü yeri yandırar”, “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Ocağı şər vaxtı söndürməzlər” və s. İnanclara görə ocaq yananda “çırt-çırt” səs gəlirsə, demək ki, kimsə səndən danışır, od his verirsə, uzaqdan qonaq gələcək.

Su çərşənbəsi kimi, bu günün də öz atributları, özəllikləri, öz süfrəsi var. Bu günün əsas atributu oddur, ocaqdır. Müqəddəs ocaq, ilkinliyimizin ilıq hənirinə belə tapındığımız, and içdiyimiz ocaq! Bu gün də başqa çərşənbələr kimi qonum-qonşuya, lap yaxın qohuma belə evdən maya, un, kibrit vermək olmaz, ailənin bərəkəti azalar. Axşama iş-güc qalmasın deyə, evi də ertədən təmizləyərlər. Heç süfrədən tökülən qırıntılara belə süpürgə çəkməzlər, adətə görə günah sayılar. Bu gün ehsan vermək, yas yerinə getmək də günah hesab edilir. Qız-gəlinlər əllərinə xına qoyarlar ki, əlləri od rəngində olsun.

Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Ağbirçək, ağsaqqal olan ailələrdə çərşənbələr indi də ilkinliyini qoruyub saxlayır. Nə uşaqların yumurta döyüşdürməsinə, nə də, o başdan – dan yeri söküləndən çıxıb qaş qaralanda evə dönmələrinə söz deyən olur. Gün uzunu bir-birinə tapmaca deyən uşaqların səs- küyü qulaq batırsa da, onlara yenə acıqlanmırlar... Həmin tapmacalardan biri belədir:

El-obada hallanar,
Şirin olar, dadlanar.
Gah atdanar, yellənər,
Gah alışar, odlanar.
(Çərşənbə)

Papaqatma bu çərşənbəyə aid olmasa da, qaş qaralan kimi, uşaqlar əllərində lopa (uşaqlar uzun ağacın başına əski dolayır, neftə batırıb qaranlıqda “papaq atdı”ya gedəndə yol işıqlansın deyə yandırırlar) evlərin qapısını döyür, onlara verilən hər neməti ən əziz pay kimi alırlar.

İllər idi ki, hər çərşənbədə ilk alqış-duamız işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı olurdu. Amma inanırdıq ki, Prezident İlham Əliyevin əzmi ilə Qarabağımız işğaldan azad ediləcək. “Dəmir yumruq” xalqı istəyinə qovuşdurdu. Artıq 5 ildir ki, işğaldan azad edilən o torpaqlarda nəinki hərbçilərimiz, o yerlərin əsl sahibləri də çərşənbə tonqalının ətrafına yığışırlar. Gün gəlsin, indi Zəngilanda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə, Xankəndidə qalanan çərşənbə və bayram tonqalları Zəngəzurda, Göyçədə alovlandırılsın.

Hamılıqla Od çərşənbəmiz mübarək!

Əli NƏCƏFXANLI,
Zərifə BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see258

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see236

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see197

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see154

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri