Icma.az
close
up
RU
Odlar Yurdu Unıversıtetı 30

Odlar Yurdu Unıversıtetı 30

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda cəmiyyətdə elm və təhsil sferalarının inkişaf istiqamətləri barədə geniş, bir çox hallarda kifayət qədər emosional fikir mübadiləsi aparılmaqdadır.  Nəzərə almaq lazımdır ki, fundamental, sahəvi və tətbiqi elmin, orta, orta ixtisas, ali təhsilin, o cümlədən bakalavr, magistr pillələri üzrə strukturlaşmanın, tədqiqat  mexanizmlərinin effektivliyi, bu sahələrdə infrastruktur, maliyyə, texniki və təşkilati amillərin optimallaşdırılması ilə bağlı olan çağırışların həlli bu gün daha da aktuallaşmaqdadır.

Qeyd olunan kontekstdə ölkəmizdə uğurlu, sağlam münasibətlər üzərində formalaşmış təhsil modellərinin mövcudluğu və yayılması mümkün olan müvafiq platformalar respublikamızda təhsilin və elmin inkişafı prosesinə öz  müsbət təsirlərini göstərməlidir. Bu 
baxımdan ölkəmizdə elə də böyük tarixi olmayan özəl təhsil institutlaşmasında  əldə olunan müsbət nəticələrin xüsusi önəmi var. Belə ki, bu istiqamətdə əldə olunan pozitiv göstəricilərin bazar iqtisadiyyatı şəraitində yayım potensialı danılmazdır. Bu isə öz növbəsində, təbii ki, respublikada insan kapitalı ilə bağlı olan istiqamətlər üzrə sistemli  olaraq investisiya artımına  müsbət impuls verməlidir.
Düşünürəm ki, bu günlərdə yaradılmasının 30 illiyi qeyd olunan Odlar Yurdu Universitetinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında  özünəməxsus müsbət rolunun olması bir həqiqətdir. Belə ki, Universitetin çoxminli professor-müəllim və tələbə heyətinin respublikanın ictimai həyatındakı fəal iștirakı, Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımızın, dövlətçiliyimizin qorunmasına, müdafiəsinə istiqamətlənmiş siyasi kursuna universitet  rəhbərliyinin və kollektivin sadiqliyi, bu təhsil ocağının dövlətimizin sosial və iqtisadi gündəminin inkişafında aktiv şəkildə iştirak edən peşəkar kadrların hazırlanmasında rolu, universitetdə tətbiqi effekti olan tədqiqatların sistemli məzmun alması, zənnimcə, bu ali təhsil müəssisəsinin respublikada effektiv humanitar platforma kimi özünü təsdiq etməsinin təzahürüdür. 

Hesab edirəm ki, universitet kimi mürəkkəb bir sistemin formalaşması və uğurlu inkişafı üçün onun idarəetmə sisteminin ən azından onun mürəkkəbliyi qədər çoxşaxəli olması zəruridir. Bu nöqteyi nəzərdən Odlar Yurdu Universitetinin inkişaf uğurunun açarı, fikrimcə, bu təhsil müəssisəsinin idarəetməsində çoxşaxəli, eyni zamanda insan kapitalının prioritetliliyinə əsaslanan yanaşmanın tətbiqindədir. İdarəetmə üzrə çoxsaylı tədqiqatlar onu deməyə əsas verir  ki, mürəkkəb sistemlərin idarə olunmasında çoxşaxəli yanaşmanın tətbiqi müsbət nəticələrin əldə edilməsi üçün zərurətdir. Universitetdə həyata keçirilən çoxşaxəli idarəetmə siyasəti çərçivəsində universal hədəflərin, standartların qorunması şərtilə kadr seçimində individual yanaşma, kreativliyə sistemli dəstəyin verilməsi Odlar Yurdu Universitetinin vizit kartına çevrilmişdir. Bu gün geniş ixtisas təsnifatı üzrə zəngin proqram-metodiki təminata malik olan bu ali təhsil müəssisəsində tədqiqat bazasının genişləndirilməsi reallaşmaqda olan hədəflərdəndir. Belə ki, yalnız Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qriflər verilmiş universitetdə hazırlanmış fənn proqramlarının sayı hazırda 500 dən çoxdur. Eyni zamanda, ən vacib məqamlardan biri ondan ibarətdir ki, Odlar Yurdu Universitetində aparılan tədqiqat prosesinin və həyata keçirilən sistem formalaşdıran struktur islahatlarının əsas hədəf seqmenti və fəlsəfəsi o cümlədən, bakalavriat pilləsi üzrə 23 ixtisas, magistratura pilləsi üzrə 19 ixtisaslaşma üzrə müvafiq kompetensiyalara malik kadrların hazırlanması vasitəsilə ölkənin əmək bazarına, sosial, iqtisadi gündəminə real töhfələrin verilməsindən və bu təhsil müəssisəsinin geniş funksionallı konsaltinq və kadr hazırlığı platformasına çevrilməsindən ibarətdir. Bu missiyanın yerinə yetirilməsi isə, zənnimcə, insan kapitalının və insan amilinin mərkəzdə olmadıqları şəraitdə mümkün olmaz. Qətiyyətlə bildirmək olar ki, Odlar Yurdu Universitetində formalaşmış sosial-psixoloji mühit insan kapitalının, insan amilinin bu təhsil ocağında əsas dəyərlər kimi qəbul olunmasını göstərir. Bu isə təbii olaraq ali təhsil müəssisəsinin  innovasiya generatoruna çevrilməsinə, universitetdə  kreativ beyin həmlələri yarada bilən mərkəzlərin formalaşmasına təkan verir. İnsan faktorunun universitetdəki rolunun indikatorlarından biri rektor, professor Əhməd Vəliyevin və idarəetmə şurasının sədri, professor, millət vəkili Samir Vəliyevin xidməti kabinetlərinin qapılarının  professor-müəllim və tələbə heyəti üçün yalnız qəbul günlərində və saatlarında deyil, hər zaman açıq olmasıdır. Bu kimi məsələlər, sözsüz ki,  ziyalı kollektivində xüsusi qarşılıqlı inam və etimada, eyni zamanda, yaranan problem və sualların operativ və şəffaf həllinə, konstruktiv qərarların qəbuluna yol açır. Qeyd olunanlar, fikrimcə, bir daha onu bildirməyə əsas verir ki, Odlar Yurdu Universiteti təcrübəsi ölkəmizdə elm və təhsil sferasında müsbət  keyslər sırasında öz layiqli yerini tapmışdır.  Razılaşaq ki, 30 illiyini qeyd edən ali təhsil müəssisəsi üçün bu çox önəmli haldır.

Elşad Məmmədov

Odlar Yurdu Universitetinin 
Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, professor 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri