“Odlar Yurdu” boks klubu Almaniyada növbəti uğura imza atıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 noyabr, AZƏRTAC
Almaniyanın Maqdeburq şəhərində yerləşən “Odlar Yurdu” boks klubunun üzvləri növbəti uğura imza atıblar.
AZƏRTAC xəbər verir ki, klubun kiçik yaşlı üzvləri Dmutro Turkulets və Halili Bleorent Almaniyanın Görzig şəhərində keçirilən “Fuhne-Pokal 2024” turnirinin qalibi olublar.
“Odlar Yurdu”nun 4 idmançı ilə qatıldığı bu turnir uşaq və yeniyetmə boksçuların həvəslə mübarizə apardığı yarışdır. Builki turnirdə Almaniyanın müxtəlif şəhərlərindən 100-dən artıq idmançı iştirak edib. Bu turnirdə qalibiyyət boksçuların reytinq xallarına da təsir edir.
Yeri gəlmişkən, “Odlar Yurdu” klubunun üzvləri diaspora fəalları olaraq da gördükləri işlərlə seçilirlər. Noyabrın 22-də Halle şəhərində kişilər arasında keçirilən Almaniya çempionatını qeyd eləmək olar. Zalda Azərbaycan bayrağını dalğalandıran klub üzvləri çempionatda iştirak edən boksçumuz Ali Zamanova dəstək olublar. Ən sevindirici hal isə odur ki, A.Zamanov bu turnirdə qarşılaşdığı bütün rəqiblərinə qalib gələrək Almaniya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















