Icma.az
close
up
RU
Ödündə daş olanlara XƏBƏRDARLIQ: vaxtında əməliyyat olunmasanız...

Ödündə daş olanlara XƏBƏRDARLIQ: vaxtında əməliyyat olunmasanız...

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəliyi çox geniş yayılıb.

Bəs görəsən öd daşının yaranma səbəbləri hansılardır? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Ailem.az tibb üzrə fəlsəfə doktoru, həkim Mircəlal Kazıminin bu haqda fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətinə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.

Onun sözlərinə görə, öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv-laparoskopik, ya da açıq üsulla icra olunur: “Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90 faizi laparoskopik üsulla yerinə yetirilir. Laparoskopik öd kisəsi əməliyyatı olan xəstələr əməliyyatdan 4-5 saat sonra yataqdan qalxıb gəzə, qida qəbul edə bilər, ciddi şəkildə dərman ehtiyacı duymazlar. Eyni zamanda uyğun xəstələr əməliyyat günü axşamı rahatlıqla evə yazıla bilirlər”.

M.Kazımi bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsində daş varsa, hər hansı bir şikayət olmadan əməliyyata göstəriş var. Çünki ilkin mərhələdə heç bir ağrı hiss olunmaya bilər. Lakin şəkər xəstəliyinə görə bu insanlarda öd kisəsinin minimal iltihabı zamanı hadisə fəsadlaşır, ən ciddi fəsadlardan olan öd kisəsinin nekrozu, öd kisəsinin deşilməsi və iltihabın qarına yayılması kimi ciddi fəsadlar yarana bilər.

Ümumiyyətlə, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkən xəstələrin ciddi fəsadlarla üzləşməməsi üçün vaxtında əməliyyat olunması tövsiyə olunur.

Əgər daşların ölçüsü xırda olarsa, həmin daşlar öd kanalına düşür, mexaniki sarılıq əmələ gətirir və bu proses daha da fəsadlaşıb mədəaltı vəzinin iltihabı olan pankreatit yarada bilər. Bu da bir neçə cərrahi əməliyyat deməkdir. Nadir hallarda kəskin pankreatit xəstənin ölümünə belə, səbəb ola bilər.

1 sm-dən böyük olan 1 ədəd polip varsa və ya ölçüsü 1 sm balaca olan bir neçə polip varsa, xəstələrə cərrahi əməliyyat məsləhət görülür”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri