Icma.az
close
up
RU
OECD nin ekspertləri Azərbaycanda korrupsiya ilə mübarizəni qiymətləndirdi

OECD nin ekspertləri Azərbaycanda korrupsiya ilə mübarizəni qiymətləndirdi

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin ekspertləri tərəfindən ölkəmizdə bir sıra dövlət oqanları və digər qurumların iştirakı ilə bu sahənin  qiymətləndirilməsi həyata keçirilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013-cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə isə IV Monitorinq mərhələlərindən uğurla keçərək uyğunluq hesabatları əldə edib. Bu qiymətləndirmə prosesləri çərçivəsində milli qanunvericiliyin beynəlxalq standartlara inteqrasiyası, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm dəyişikliklər həyata keçirilib.

Uğurlu tərəfdaşlığın davamı olaraq, Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkənin İstanbul Fəaliyyət Planının icrası çərçivəsində və 2022-2026-cı illəri əhatə edən V raund dəyərləndirmə prosesi əsasında, ölkəmizdə anti-korrupsiya sahəsində həyata keçirilmiş tədbirlərə müvafiq nəzarət prosedurunun icrası məqsədilə Şəbəkənin ekspertlərindən ibarət nümayəndə heyəti cari ilin 17-19 mart tarixində Bakı şəhərinə səfər ediblər.

Nümayəndə heyətini qəbul edən OECD-nin monitorinq mexanizmi üzrə Milli Koordinator - Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb və hazırkı qiymətləndirmə prosesinin hüquqi bazanın təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib.

Bundan sonra Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin meneceri və Ekspertlər Qrupunun rəhbəri xanım Olqa Savran və digər ekpertlər dəyərləndirmə missiyasının yüksək səviyyədə təşkil edildiyini qeyd edərək Azərbaycanla təşkilat arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin mövcudluğunu və bütövlükdə Azərbaycanın qurumun fəaliyyətinə mühüm töhfələr verməsini vurğulayıb, yaradılmış işgüzar şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, səmərəli müzakirələr nəticəsində əldə edilmiş məlumatlar əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində müşahidə edilən müsbət tendensiyalardan bəhs edib, OECD tövsiyələrinin icra vəziyyətindən danışıblar.

Səfər zamanı ekspertlər korrupsiyaya qarşı mübarizə siyasəti, vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, dövlət satınalmaları və biznes sektorunda şəffaflığın və dürüstlük standartlarının tətbiqi, məhkəmə və prokurorluğun müstəqilliyi, korrupsiya cinayətlərinin ibtidai araşdırması, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası kimi bir çox sahələrdə görülmüş işlərlə yaxından tanış olublar.

Müzakirələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş Prokurorluğun müxtəlif struktur bölmələri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Milli Məclis, Nazirlər Kabineti, Məhkəmə-Hüquq Şurası, Ədliyyə, İqtisadiyyat və Maliyyə Nazirlikləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti daxil olmaqla, 20-dən çox dövlət qurumunun nümayəndələri, məhkəmə hakimləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, eləcə də dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin nümayəndələri iştirak edərək ekspertlərin suallarını cavablandırıblar.

Səfər çərçivəsində toplanmış məlumatlar əsasında yekun ölkə hesabatının hazırlanaraq cari ilin iyul ayında keçiriləcək müzakirələrdə qəbul edilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Mart 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri