Icma.az
close
up
RU
OECD nin Anti Korrupsiya Şəbəkəsinin ekspertləri Azərbaycanla bağlı qiymətləndirmə aparıblar

OECD nin Anti Korrupsiya Şəbəkəsinin ekspertləri Azərbaycanla bağlı qiymətləndirmə aparıblar

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013-cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə isə IV Monitorinq mərhələlərindən uğurla keçərək uyğunluq hesabatları əldə edib. Bu qiymətləndirmə prosesləri çərçivəsində milli qanunvericiliyin beynəlxalq standartlara inteqrasiyası, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm dəyişikliklər həyata keçirilib.

Uğurlu tərəfdaşlığın davamı olaraq, Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkənin İstanbul Fəaliyyət Planının icrası çərçivəsində və 2022-2026-cı illəri əhatə edən V raund dəyərləndirmə prosesi əsasında, ölkəmizdə anti-korrupsiya sahəsində həyata keçirilmiş tədbirlərə müvafiq nəzarət prosedurunun icrası məqsədilə Şəbəkənin ekspertlərindən ibarət nümayəndə heyəti 17-19 mart tarixində Bakı şəhərinə səfər ediblər.

Nümayəndə heyətini qəbul edən OECD-nin monitorinq mexanizmi üzrə Milli Koordinator - Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb və hazırkı qiymətləndirmə prosesinin hüquqi bazanın təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib.

Bundan sonra Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin meneceri və Ekspertlər Qrupunun rəhbəri xanım Olqa Savran və digər ekpertlər dəyərləndirmə missiyasının yüksək səviyyədə təşkil edildiyini qeyd edərək Azərbaycanla təşkilat arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin mövcudluğunu və bütövlükdə Azərbaycanın qurumun fəaliyyətinə mühüm töhfələr verməsini vurğulayıb, yaradılmış işgüzar şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, səmərəli müzakirələr nəticəsində əldə edilmiş məlumatlar əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində müşahidə edilən müsbət tendensiyalardan bəhs edib, OECD tövsiyələrinin icra vəziyyətindən danışıblar.

Səfər zamanı ekspertlər korrupsiyaya qarşı mübarizə siyasəti, vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, dövlət satınalmaları və biznes sektorunda şəffaflığın və dürüstlük standartlarının tətbiqi, məhkəmə və prokurorluğun müstəqilliyi, korrupsiya cinayətlərinin ibtidai araşdırması, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası kimi bir çox sahələrdə görülmüş işlərlə yaxından tanış olublar.

Müzakirələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş Prokurorluğun müxtəlif struktur bölmələri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Milli Məclis, Nazirlər Kabineti, Məhkəmə-Hüquq Şurası, Ədliyyə, İqtisadiyyat və Maliyyə Nazirlikləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti daxil olmaqla, 20-dən çox dövlət qurumunun nümayəndələri, məhkəmə hakimləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, eləcə də dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin nümayəndələri iştirak edərək ekspertlərin suallarını cavablandırıblar.

Səfər çərçivəsində toplanmış məlumatlar əsasında yekun ölkə hesabatının hazırlanaraq cari ilin iyul ayında keçiriləcək müzakirələrdə qəbul edilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri