Icma.az
close
up
RU
Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı

Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan turizminin inkişafına yeni nəfəs gətirəcək, beynəlxalq nüfuzunu gücləndirəcək və peşəkar mütəxəssisləri vahid platformada birləşdirəcək strateji təşəbbüs gerçəkləşdirildi - DAİR Hotellər və Restoranlar Assosiasiyasının nəzdində “ATEC Azərbaycan Turizm Ekspertləri Klubu” təsis olundu.

Bu barədə Metbuat.az-a Assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə turizm sektoru sürətli inkişaf yoluna qədəm qoymuşdur. Son illərdə qəbul edilən dövlət proqramları, infrastruktur layihələri və beynəlxalq təşəbbüslər Azərbaycanın turizm xəritəsini zənginləşdirmiş, ölkəmizi regionun aparıcı turizm mərkəzlərindən birinə çevirmişdir. “Azərbaycan Turizm Ekspertləri Klubu” da məhz bu uğurlu siyasətin davamı olaraq, sahənin aparıcı mütəxəssislərinin biliklərini birləşdirərək yeni perspektivlər açmaqa çalışacaq.

Klubun yaradılmasının əsas məqsədi ölkənin turizm ekosistemində aparıcı mütəxəssisləri bir araya gətirmək, turizmin müxtəlif sahələri - yerləşdirmə və ictimai iaşə müəsissələri, turizm operatorları və agentlikləri, bələdçilik, nəqliyyat və turizm təhsili üzrə çalışan peşəkarların bilik və təcrübə mübadiləsini təmin etməkdir. Bu platforma sektor üzrə innovativ yanaşmaları təşviq edəcək və turizmin inkişafında koordinasiyanı gücləndirəcək.

Klubun yaradılmasının təşəbbüskarı və lideri turizm sahəsində 20 illik təcrübəyə malik İbrahim Qəfərovdur. Kluba Üzvlük üçün əsas şərtlər sırasında turizm sahəsində minimum 10 illik peşəkar fəaliyyət və sahənin inkişafına əhəmiyyətli töhfələrin verilməsidir. Klubun yaradılmasının təşəbbüs qrupunda tanınmış turizm ekspertləri, hotel və turizm şirkətlərinin rəhbərləri, həmçinin sahənin inkişafında mühüm xidmətləri olan şəxslər yer alırlar. Aşağıda onların siyahısını təqdim edirik:

1. İbrahim Qəfərov - Avola Travel şirkətinin Direktoru; Continental Hotel-in Baş Meneceri
2. Müzəffər Ağakərimov - Turizm üzrə ekspert, Əməkdar Turizm İşçisi, Turizm təhsili üçün 10+ dərsliyin və dərs vəsaitlərinin müəllifi
3. Azad Əhmədov -Turizm üzrə ekspert, hotelçilik sahəsində sahibkar
4. Mahir Qəhrəmanov -Turizm üzrə ekspert (AR Mədəniyyət Nazirliyinin Qoruqların İdarə Olunması və İstifadəsinə Nəzarət Sektorunun Müdiri)
5. Samir Dübəndi - Azərbaycan Ekoturizm Assosiasiyasının Təsisçisi, DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri, “Baku Guide since 1996” bələdçisinin baş redaktoru, ATMU “Mehmanxana və restoran biznesı” kafedrasının baş müəllimi, doktorant
6. Bahar Dadaşova - Baku Crystal Hall-un Direktoru; UNEC Biznes Məktəbində MBA təlimçisi
7. Ruslan Quliyev - Millennium Turizm şirkətinin təsisçisi
8. Ceyhun Aşurov - Smart Group Hotels-in Baş Meneceri; SKÅL International üzvü
9. Əziz Şiriyev - Baku Travel & Tourism-in Direktoru; Azərbaycanda turizmin inkişafı üzrə ekspert
10. Elçin Əsgərov - Ivy Garden Hotel-in Satış və Marketinq Direktoru; Frisaga onlayn rezervasiya sisteminin təsisçisi
11. Balash Maqsudbeyli - Peşəkar bələdçi, Fəxri Turizm İşçisi
12. Nəcəf Bədəlov - Basqal Resort and SPA Hotel-ın Baş Meneceri
13. Rahib İsmixanov - Naxçıvan Palace Hotel-in Direktoru; Sunny Hospitality System şirkətinin təsisçisi
14. Natiq İslamov - Shirvan Grand Hotel-in Baş Meneceri
15. Mehmet Uysal - Palidli Hotel-in Baş Meneceri; Azərbaycan Cənub Turizm MMC-nin Təsisçisi
16. Rafiz Əliyev - Rafal Travel and Tours şirkətinin Direktoru
17. Sadiq Quluzadə - AzLat Travel şirkətinin Direktoru; SKÅL beynəlxalq klubun üzvü
18. Ayxan Cabbarov - Ağdam City Hotel-in Əməliyyat Meneceri
19. Aqşin Əlizadə - Metropolitan Resort-un Baş Meneceri
20. Natavan Hüseynova - Era Travel şirkətində MICE satış icraçısı
21. Zaur İsazadə - Deluxe Qusar Park Hotel-in Baş Meneceri
22. Mirraqif Mustafayev - Ramada By Wyndham Hotelinin Direktoru
23. Yasin Şükürov - Cənnət Bağı Hotels Group-un Baş Direktoru
24. Toğrul Bayramlı - Bayram Travel şirkətinin təsisçisi; TEB, TEd1, EDuOnline nümayəndəsi
25. Aqşin Hüseyni - Baku Life Travel-in Təsisçisi; Voice of Karabakh həmtəsisçi
26. Elmar Bağırov - Premium Hotel Gəncə-nin Baş Meneceri
27. Fuad Rəsulov - Silkrow Travel şirkətində İnkominq Meneceri
28. Aytən Əliyeva - TurNAz Turizm Informasiya Mərkəzinin təsisçisi; “National Geographic in Azərbaycan” Məsləhətçisi
29. Eldar Dargahov - Weekend Travel şirkətinin Təsisçisi
30. Nigar İsazadə - Premium Travel şirkətinin İnkominq Meneceri
31. Tural Əhmədov - Meydan Hotel Dubai, F&B Meneceri
32. Firuzə Fərəcova - Exotic Tour şirkətinin Təsisçisi
33. Natiq Paşayev - Jolly Travel şirkətinin rəhbəri

Klubun ilk görüşü 2025-ci ilin oktyabr ayında keçiriləcəkdir. Eyni zamanda Assosiasiyanın qəbul etdiyi qərara əsasən, Klubun Əsasnaməsi xüsusi təşəbbüs qrupu tərəfindən hazırlanacaq və iki həftə ərzində Assosiasiyanın İdarə Heyətinə təqdim ediləcəkdir.Assosiasiyanın İdarə Heyəti adından bütün turizm ictimaiyyətini bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edirik. “Azərbaycan Turizm Ekspertləri Klubu”nun təsis olunması ölkəmizin turizm həyatında yeni səhifə açır və sahənin inkişafında əvəzsiz rol oynayacaqdır. Bu təşəbbüsün gerçəkləşməsində əməyi olan bütün peşəkarların vizyonu, fədakarlığı və yaradıcılığı sayəsində Azərbaycan turizmi daha da güclənəcək, peşəkarlaşacaq. Biz inanırıq ki, birləşdirilmiş intellektual və peşəkar güc sayəsində ölkəmizin turizm sektoru daha parlaq uğurlara imza atacaq, beynəlxalq miqyasda Azərbaycanın brendini gücləndirəcəkdir.

2009-cu ildə təsis edilən DAİR Hotellər və Restoranlar Assosiasiyası (Kiçik Otellərin və Restoranların İnkişafına Kömək İB) bu gün ölkəmizin HORECA sahəsində peşəkar birliyin və inkişafın aparıcı ünvanıdır. Assosiasiya qonaqpərvərlik sahəsində beynəlxalq təcrübəni tətbiq etməklə müasir xidmət mədəniyyətinin formalaşmasına, sənaye iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinə və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə töhfə verir, sənayedə sivil bazar münasibətlərinin inkişafını dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri