Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım...”
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə diktor Musavat.com-a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəlib və başı gicəllənərək yıxılıb.
Xalq artisti hazırda vəziyyətinin ağır olduğunu, hərəkət etməkdə çətinlik çəkdiyini deyib: pizza mizza
“Halım çox pisdir, uzanıram, tərpənə bilmirəm. Lap pisləşmişəm. Yıxıldığım üçün qolum əzilib, göyərib, tərpənə bilmirəm, ağrıyır. Yaxşı ki, küçədə yıxılmadım, başım asfalta dəyərdi. Necə oldu, heç özüm də bilmədim".
Xalq artisti qolunda sınıq olmadığını bildirib. Lakin aldığı zərbələrdən sonra ağrılarının davam etdiyini deyib.
O, hazırda həkimə müraciət etmədiyini, evdə uzanaraq dincəldiyini söyləyib:
“Yox, həkimə getməmişəm. Uzanmışam, dincəlirəm. Ağrılarım var. Rahat hərəkət edə bilmirəm".
Diktor səhhətində müəyyən irəliləyiş olduğunu desə də, zaman-zaman vəziyyətinin qəfil pisləşdiyini bildirib. O, başgicəllənmə səbəbindən bir neçə dəfə küçədə də yıxıldığını deyib: “Təzyiq qalxır, qəfildən yerə çırpılıram".
Xalq artistinin sözlərinə görə, evində ona kömək edən şəxslər var:"Yeməyimi hazırlayıb, qarşıma qoyurlar. Özüm heç bir iş görə bilmirəm".
Ofeliya Sənani halsızlaşdığı və yeriyə bilmədiyi üçün müayinələrə də gedə bilmədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Sentyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















