Icma.az
close
up
RU
Oftalmoloq: Qənaətli ağ elektrik lampaları uşaqlarda görmə zəifliyi yaradır

Oftalmoloq: Qənaətli ağ elektrik lampaları uşaqlarda görmə zəifliyi yaradır

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sən demə, adi elektrik lapmasının da gözlərimizə təsiri var.

Son vaxtlar işığa qənaət etmək üçün sarı işıq yayan elektrik lampalarından "qənaətli" ağ işıq lampalarına kütləvi şəkildə keçid insanların gözünə mənfi təsir etməkdədir.

Bu barədə medicina.az-a məlumat verən oftalmoloq həkim Sevinc Babayeva məktəblərdə və evdə işıqlandırma qaydalarının pozulmasının fəsadlarından danışdı.

"Görmə zəiflikləri içərisində qazanılmış uzaqgörmə zəifliyi xüsusən məktəbyaşlı uşaqlarda və gənclərdə çox aşkarlanır. Əsasən yorğunluqdan, dərs yükündən, yaxına baxmaqdan, telefona, kompüterə çox baxmaqdan, işdən, dərsdən sonra yarıqaranlıq evdə, otaqda uzanılı vəziyyətdə qalmaqdan, yatanda da telefona baxmaqdan yaranır.

Onsuz da dərs yükü ağır olan uşaqlar məktəbdə saatlarla sinifdə oturaq, beli, boynu əyilmiş vəziyyətdə qalır, tənəffüsdə həyətə çıxmırlar, evdə də eyni şərait.

Hazırda bağçalarda, məktəblərdə, evlərdə " led lampalar"-dan, qənaətli elektrik lampalarından istifadə olunur. O da ətrafa ağ işıq yayır. Bu işıqlar isə göz dibini qıcıqlandırır.

Eləcə də plastik qapı-pəncərə sinifdə havasızlıq yaradır. 30-40 uşağın olduğu otaqda nə havalandırma, nə işıq texniki baxımdan düzgün olmadığından məktəbə gedən uşaqların demək olar, yarıdan çoxunda 2 aydan sonra gözdə zəiflik problemləri başlayır.

Göz beynin bir hissəsidir. Beyin yorulursa, hava almırsa, gözə işıq bucağı düzgün düşmürsə, artıq görmə zəifləyir".

Bəs valideynlər bu problemlərin qarşısını necə almalıdır? Məktəbldə lapmaparı dəyişmək mümkün deyil, evdə nələr edə bilərlər?

"Valideynlər heç olmasa uşağın yatdığı, dərs hazırladığı otaqda qənaətli "ağ" işıq lampaları yox, adi, sarı işıq yayan lampalardan, düzgün bucaqda işıq yönləndirən stolustu lampadan istifadə etsinlər, plastik pəncərə qoymasınlar, otağın havalandırılmasına fikir versinlər.

Uşaq gün ərzində açıq havada müəyyən müddət gəzsin, oynasın. Maksimum uzağa baxma məşqləri etdirsinlər. Dar sinif və otaqlar uşağın normal göz inkişafına birbaşa zərbədir. İndi uşaqlar hara gedirlər internet axtarırlar. Uşaqlar başını qaldırıb heç ətrafa belə baxmır.

Yatan zaman uşağın telefona baxmamasına çalışsınlar. Masa arxasında düzgün əyləşməsini təlqin etsinlər. Onurğanın, boynun vəziyyətinə baxsınlar".

Həkim hazırda sağlam gözü və 100% görməsi olan məktəbliyə nadir halda rast gəldiyini bildirir. Bu isə genofondumuz və gələcəyimiz üçün çox təhükəli məqamdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri