Oğlumun gələcəkdə hansı vəzifədə olacağını fikirləşməmişəm
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
"Uşaq çox olanda adam deyir ki, biri bunu, o biri başqa şeyi etsin. Mən isə oğlumu çox yükləyirəm. Bir dənədir deyə, istəyirəm hər şey etsin. Arada uşağa yazığım gəlir. Elə bilirəm ki, iki-üç uşağın işini tək bu etməlidir. Şikayət etməz, onun üçün çalışırıq. Mənim bütün ümidlərim Emildir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Zaurla Günaydın" verilişində deyib. Övladının təhsilindən danışan sənətçi bunları əlavə edib:
"Oğlumun gələcəkdə hansı vəzifədə olacağını fikirləşməmişəm. Fəxrəddin (həyat yoldaşı - red.) isə deyir ki, indi bilmək olmaz. Gərək zəmanəyə uyğun vəzifə seçsin. Əvvəl deyirdik həkim olsun. Özü isə deyir memar olmaq istəyirəm".

Oğlumun kreditini verə bilmirəm VİDEO
24 Dekabr 2024 16:56
“Oğlumun pnevmaniya olmağından xəbərsiz idim”
04 Noyabr 2024 19:12
LosAncelesdəki yanğın oğlumun evinə yaxınlaşır Suri
10 Yanvar 2025 09:26
Nura Suri:” Yanğın oğlumun evinə çatır”
10 Yanvar 2025 09:24
Oğlumun qanını yerdə qoymayacam Cinayət işi
04 Dekabr 2024 13:28

