Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb.
Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:
“Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkən həm fəxr edirəm, həm qürur duyuram, həm də bir ana kimi kövrəlirəm. Sənin parlaq gələcəyin mənim ən böyük sevincimdir.
Unutma ki, hara getsən də, mənim dualarım, sevgim hər zaman səninlədir. Çətinliklərdən qorxma, hər zaman dik dur və hədəflərinə doğru inamla irəlilə. Özünü qoru, dərslərinə sarıl və hər zaman bizə sənə inanmağın nə qədər doğru olduğunu sübut et. Yolun açıq olsun, gözümün nuru”.
Qeyd edək ki, Damla Amerikada təhsil alan oğlunu aylarla görə bilmədiyini açıqlamışdı. İfaçı bunun ABŞ səfirliyinin ona viza verməməsi ilə bağlı olduğunu bildirmişdi. Onun sözlərinə görə, bir dəfə viza alsa da, daha sonra səfirlik tərəfindən ona viza verilməsinə qadağa qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 29 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















