Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Evdə pul, zinət əşyaları və vacib sənədləri gizlətmək üçün tez-tez istifadə edilən bəzi yerlər sandığınız qədər təhlükəsiz deyil.
Milli.Az təcrübəli oğruların ilk nəzər saldığı həmin 5 yeri təqdim edir:
Yataq otağı: Komodun çəkmələri, çarpayıaltı, qarderob rəfləri və geyimlərin (corab, ayaqqabı) arası oğruların ilk yoxladığı ənənəvi yerlərdir.
Dərman dolabı: Bəzi reseptli dərmanlar pis niyyətli şəxslərin diqqətini çəkə bildiyi üçün vanna otağındakı dolablar və ya dərman qutuları da yoxlanılan sahələr sırasındadır.
Mətbəx: Pulu peçenye qutularına, qida qablarına və ya dondurucuya (məsələn, un paketlərinə və ya dondurulmuş qida ambalajlarına) qoymaq artıq köhnəlmiş və təsirsiz üsuldur.
Daşınabilən kiçik seyflər: Divara və ya döşəməyə bərkidilməyən kiçik seyflər asanlıqla yerindən götürülərək başqa yerdə açılmaq üçün oğurlana bilər.
Çamadan və səyahət çantaları: Qarderoblarda və ya çarpayı altında saxlanılan çamadanlar asanlıqla açılır və ya bütövlükdə oğurlana bilir.
Qiymətli əşyaları qorumaq üçün nə etməli?
Qiymətli əşyalar üçün divara və ya döşəməyə bərkidilmiş, oğurluğa qarşı dayanıqlı seyflər seçilməlidir.
Bank seyfləri: Uzun müddət ehtiyac duyulmayan əşyalar üçün bank seyflərindən istifadə oluna bilər.
Ümumi təhlükəsizlik: Ən təsirli üsul keyfiyyətli qapılar, etibarlı kilidlər və əsas təhlükəsizlik tədbirləri ilə oğruların evə girməsini əvvəlcədən çətinləşdirməkdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:66
Bu xəbər 05 Noyabr 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















