Oğurladığı pulu dovşanlar yedi
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Lipetsk vilayətində qeyri-adi oğurluq hadisəsi baş verib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın sonlarında Lev-Tolstoy rayonunda baş verib. 49 yaşlı qadın 86 yaşlı tanışına ev işlərində kömək edirmiş.
Hər iki qadın həyətdə işləyərkən evdə telefon zəng çalıb. Yaşlı qadın tanışından zəngə baxmasını xahiş edib. Bu fürsətdən istifadə edən 49 yaşlı qadın evə daxil olaraq pul saxlanılan şkafın siyirməsini açıb və oradakı 51 000 rublu (1 071 manat) gizlicə götürüb. Sonra həyətə qayıdaraq telefona cavab verməyə çatmadığını bildirib və evdən ayrılıb.
O, pulların min rublunu ərzaq mağazasında xərcləyib, qalan məbləği isə gizlətmək qərarına gəlib. Qadın 30 min rublu (630 manat) dovşanların qəfəsinə qoyub, digər 20 min rublu (419,89 manat) isə yaxınlıqdakı ot tayasının içərisində gizlədib.
Yaşlı qadın tanışı getdikdən sonra pullarının yoxa çıxdığını görüb və polisə müraciət edib.
Cinayət-axtarış şöbəsinin əməkdaşları sahə müvəkkili ilə birlikdə şübhəli şəxsin kimliyini müəyyənləşdirərək onun yaşadığı evdə axtarış aparıblar.
Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız ot tayasında gizlədilmiş 20 min rublu aşkar edə biliblər. Oğurlanan pulun qalan 30 min rublunu isə dovşanların gəmirərək yararsız hala saldığı məlum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Noyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















