Oğuzda sirkə turşusu içən qadın xəstəxanada ölüb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oğuzda sirkə turşusundan zəhərlənən 56 yaşlı qadın xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. L. Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

