Okan Buruk qərarını verdi Qalatasarayda gözlənilməz ayrılıq gündəmdə FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qalatasarayda qış transfer dönəmi yaxınlaşdıqca kadr planlaması sürətlənib. Bu mövsüm gözləntiləri qarşılamayan Berkan Kutlunun komandadan ayrılması ehtimalı ciddi şəkildə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, baş məşqçi Okan Buruk, 27 yaşlı yarımmüdafiəçidən bu mövsüm istədiyi performansı ala bilməyib.
Berkan Kutlu indiyə qədər cəmi 4 matçda forma geyinib, meydanda cəmi 48 dəqiqə qalıb.
Klub rəhbərliyinin qış transfer pəncərəsi üçün hazırlıqlara başladığı və Berkan Kutlunun satış siyahısına əlavə oluna biləcəyi bildirilib. Əgər futbolçu performansında ciddi dəyişiklik etməsə, komandadan ayrılması böyük ehtimal kimi qiymətləndirilir.
Berkan Kutlunun Qalatasaray ilə müqaviləsi 2024-2025 mövsümünün sonunda başa çatır. O, bu mövsüm 1 məhsuldar ötürmə (assist) ilə kifayətlənib. Futbolçunun təxmini bazar dəyəri 3 milyon avrodur.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 10 Oktyabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















