Icma.az
close
up
RU
Okean sahilindən dəniz sahilinə… Əkbər QOŞALI yazır

Okean sahilindən dəniz sahilinə… Əkbər QOŞALI yazır

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Birlik, Mübarizə, İnkişaf” (“Unidade, Luta, Progresso”) - bu deviz uzaq Afrikada - Atlantik okeanı sahilində yerləşən, anlamı “Qaraların ölkəsi” olan Qvineya-Bisauya aiddir. 52 il öncə Portuqaliya müstəmləkəsindən qurtularaq müstəqillik ağ gününə çıxan ölkənin problemləri də var, əlbəttə. Portuqaliyanın müstəmləkəçiliyi bitib, lakin ölkənin dövlət dili portuqalca olmaqda davam edir… Etnik zənginliyə malik ölkədə yerli xalqın dilinə yüksək status qazandırmaq hələ ki mümkün olmayıb. Amma bütün hallarda “Bura bizim sevgili ölkəmizdir” (“Esta É a Nossa Pátria Bem Amada”) - Himnlərində belə deyirlər.

Azərbaycan ilə Qvineya-Bisau arasında bağlar əsasən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilir. Afrika ölkələri ilə işbirliyimizə verilən önəm çərçivəsində bu ölkə ilə iqtisadi, siyasi, mədəni, turizm, təhsil, elm və b. sahələrdə bağların gücləndirilməsi və daha da inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi danılmazdır. Münasibətlərimizin qarşılıqlı sayğıya, dəstəyə əsaslandığı bu ölkə ilə işbirliyimiz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurla həyata keçirilir.

Dövlətlərarası münasibətlərdə rəmzi və strateji məqamlar olur ki, onların hər biri siyasi tarixdə özəl iz buraxır. Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun Azərbaycana ilk rəsmi səfəri məhz belə hadisələrdən biridir. İlklər həmişə maraqlıdır. Bu səfər, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yeni mərhələsinə işarə edir. Azərbaycan üçün Qərbi Afrikanın bu kiçik, lakin özünəməxsusluqlara malik dövləti ilə bağların inkişafı, həm diplomatik coğrafiyasını genişləndirmək, həm də beynəlxalq təsir imkanlarını artırmaq baxımından önəmlidir.

Prezident Embalonun Bakıya gəlişi, Qvineya-Bisau dövlət başçısının Azərbaycana ilk rəsmi səfəridir. Diplomatlar və beynəlxalq siyasətlə məşğul olanlar yaxşı bilir ki, dövlət başçılarının ilk səfərləri təsadüfi deyil və qarşılıqlı münasibətlərin yönünü müəyyənləşdirir. Bu baxımdan, Qvineya-Bisau rəhbərinin Azərbaycana səfəri, iki ölkə arasında siyasi bağların möhkəmləndirilməsi üçün yeni bir səhifə açır.

Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlərdə müxtəlif sahələrdə işbirliyinin perspektivləri ətraflı şəkildə müzakirə olundu. Özəlliklə də təkbətək və geniş tərkibdə görüşlərdə, beynəlxalq platformalarda qarşılıqlı dəstək və koordinasiya məsələləri nəzərdən keçirilib.

Azərbaycanın Afrikaya olan marağı təkcə iqtisadi perspektivlə sınırlandırılmır. Bu, həm də geosiyasi və diplomatik baxımdan çoxşaxəli strategiyanın tərkib hissəsidir. Qvineya-Bisau ilə işbirliyi bu baxımdan bir neçə əsas istiqamətdə inkişaf etdirilə bilər:

Söhbət ilk sırada, siyasi və diplomatik bağlardan gedir.
Azərbaycan və Qvineya-Bisau BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda təmsil olunur. Qarşılıqlı dəstək və koordinasiya, özəlliklə də beynəlxalq təşkilatlarda ortaq mövqelərin formalaşması baxımından önəmlidir.

İkincisi, iqtisadi işbirliyi və yatırımlar diqqətdən qaçmamalıdır.
Afrikada da yaxşı bilirlər ki, Azərbaycan neft və qaz sahəsində zəngin təcrübəyə malikdir. Bu, Qvineya-Bisau üçün enerji sektorunda inkişaf və yeni texnologiyaların tətbiqi baxımından önəmli ola bilər.
Azərbaycanın qeyri-neft sektorunda təcrübəsi, kənd təsərrüfatı və turizm sahəsində də əlverişli işbirliyi imkanları yaradır.

Təhsil və insan kapitalı amilləri də özəl diqqətə layiqdir.
Maraqlı məqamlardan biri budur ki, Qvineya-Bisau hökumətində çalışan bəzi şəxslər vaxtilə Azərbaycanda təhsil alıb. Bu, iki ölkə arasında akademik və elmi işbirliyinin möhkəmlənməsi üçün böyük potensial yaradır.

Bəs Qvineya-Bisau Azərbaycan üçün niyə maraqlıdır? Və ya əksinə, Azərbaycan Qvineya-Bisau üçün hansı önəmi daşıyır?

Azərbaycan üçün Qvineya-Bisau, Qərbi Afrika bölgəsində strateji tərəfdaşlıq üçün əlverişli mövqeyə malik ölkələrdən biridir. Bölgədə artan iqtisadi dinamika, özəlliklə də enerji və kənd təsərrüfatı sahəsində inkişaf meyilləri, Azərbaycanın burada mövcudluğunu gücləndirmək üçün fürsət yaradır.

Digər tərəfdən,Qvineya-Bisau üçün Azərbaycan, təkcə enerji sahəsində deyil, həm də iqtisadi inkişaf modeli, beynəlxalq arenada qazandığı nüfuz və diplomatik fəallığı ilə maraq doğuran dövlətdir. Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu, təbii ehtiyatlardan düzgün istifadə etmə və iqtisadi diversifikasiya təcrübəsi, Qvineya-Bisau üçün ilhamverici örnək ola bilər.

Gələcəyə baxış

Prezident Embalonun səfəri, Azərbaycan-Qvineya-Bisau münasibətlərində yeni səhifə açmaqla yanaşı, gələcəkdə daha dərin və sistemli işbirliyi üçün zəmin yaradır. İki ölkə arasında ticarət bağlarının genişləndirilməsi, yatırım qoyuluşlarının təşviqi, təhsil və mədəni sahələrdə mübadilənin, özdəşmənin artırılması kimi addımlar, bu münasibətlərin uzunmüddətli, davamlı olmasını təmin edə bilər.

Siyasi baxımdan isə, bu bağlar Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Afrikada yeni dost və tərəfdaşlar qazanmamıza da töhfə verəcəkdir. Əgər indiyədək Azərbaycan daha çox Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə sıx münasibətlərə üstünlük verirdisə, artıq Afrika ilə bağların genişləndirilməsi, Azərbaycanın çoxşaxəli xarici siyasət strategiyasının bir hissəsinə çevrilməkdədir.

Axarıncı söz

Dövlətlərarası münasibətlərdə təkcə iqtisadi çıxarlar deyil, həm də tarixi, mədəni və humanitar bağlar vacib rol oynayır. Azərbaycan və Qvineya-Bisau arasında qurulmaqda olan işbirliyi, sadəcə siyasi dialoqdan ibarət deyil. Bu, gələcəkdə daha sıx inteqrasiya və qarşılıqlı fayda əsasında inkişaf edəcək münasibətlərin başlanğıcıdır. Prezident Embalonun Bakıya səfəri, iki ölkənin bir-birini daha yaxından tanıması və birgə gələcəyin qurulması yönündə önəmli bir addımdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri