Icma.az
close
up
RU
Okeanın dərinliyində şirin su ehtiyatı tapılıb

Okeanın dərinliyində şirin su ehtiyatı tapılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 sentyabr, AZƏRTAC

Alimlər Atlantik okeanının dərinliklərində yerləşən Nyu-Cersidən Menə qədər ABŞ-ın şərq sahili boyunca uzanan geniş, gizli şirin su qatının olduğu güman edilən sualtı təbii anbar aşkar ediblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu əlamətdar tapıntı təxminən 50 il əvvəl gözlənilməz bir kəşfin təkrarıdır. Həmin vaxt minerallar və karbohidrogenlər axtaran ABŞ hökumət gəmisi bu ölkənin şimal-şərqində dəniz dibində aparılan qazıntı zamanı şirin suya rast gəlmişdi. Bu ilkin sürprizə əsaslanaraq, qabaqcıl qlobal tədqiqat ekspedisiyası olan “Expedition 501” bu yay Keyp Koddan yola çıxıb. Duzlu suyun altında qazma işləri aparan qrup minlərlə nümunə götürərək burada nəhəng sualtı su anbarının mövcudluğunu təsdiqləyib.

Ekspedisiyanın rəhbəri Brendon Daqan bildirib ki, bu, dünyanın dayaz duzlu sularında mövcud olduğu bilinən bir çox gizli şirin su anbarlarından biridir.

Kolorado Mədən Məktəbinin geofiziki və hidroloqu Daqan əlavə edib: “Biz cəmiyyət üçün daha çox şirin su tapmaq üçün hər cür imkanlardan istifadə etməliyik”.

Tədqiqat qrupları Yer üzündə şirin su axtarılacaq son yerlərdən birini araşdırıb. Onlar bu yeri tapıblar və yaxın aylarda bütün dünyada öz laboratoriyalarında onun təxminən 50 min litrini təhlil edəcəklər. Alimlər onun mənşəyinin sirrini - suyun buzlaqlardan, quruda əlaqəli yeraltı su sistemlərindən və ya hər hansı bir birləşmədən gəldiyini araşdırırlar. Eyni zamanda, tədqiqat qrupu qeyd edir ki, suyun kimə məxsus olduğu, ondan kimin istifadə edəcəyi və təbiətə hədsiz zərər vermədən necə çıxarılacağı da müzakirə olunur. Əgər sonuncu mümkün olarsa, onda suyu kütləvi şəkildə ictimai istifadə məqsədilə sahilə çıxarmaq üçün illər lazım olacaq.

BMT-nin hesablamalarına görə, beş ildən sonra təmiz suya qlobal tələbat tədarükü 40 faiz üstələyəcək. İstiləşmə, iqlim böhranı, dəniz səviyyəsinin yüksəlməsi sahillərdəki şirin su mənbələrini tükəndirir, süni intellekt və bulud hesablamalarını gücləndirən məlumat mərkəzləri isə hədsiz dərəcədə su istehlak edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri