Icma.az
close
up
RU
Dünyanın ən böyük şirin su ehtiyatı tapılıb

Dünyanın ən böyük şirin su ehtiyatı tapılıb

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Qrenlandiyadakı buzlaqların altında böyük su ehtiyatı aşkara çıxarılıb. Tədqiqatçılar bildirirlər ki, buz təbəqəsinin altında əhəmiyyətli həcmdə şirin su yığılıb. Alimlərin fikrincə, bu, əsasən yay aylarında baş verir.
Reyting.az
bildirir ki, elm adamları yerləşdirmə məlumatlarından bacarıqla istifadə etməklə suyun kəmiyyətini də təyin ediblər. Bundan əlavə, elm adamları üçün bu yeni elmi tapıntı buz təbəqəsinin dəniz səviyyəsinə təsirini izah edən nəzəriyyələri tam şübhə altına alır.
Dünya elmi də təsdiq edir ki, Qrenlandiya buz təbəqəsi Yer üzündə mövcud olan və dəniz səviyyəsinin qalxmasına tamamilə münbit şərait yarada bilən ən böyük su mənbələrindən biridir. Əgər bu buzlaq tamamilə ərisə, suyun orta səviyyəsinin yeddi metrədək qalxacağı təxmin edilir.
Alimlər artıq çox uzun müddətdir ki, buz təbəqəsinin ərimə prosesini tədqiq etsələr də, daha bir vacib sual müasir elm üçün hələ də cavabsızdır: "Mövsüm burada hansı şəraitdə keçir, yaxud hansı özünəməxsus xüsusiyyətlərə malikdir və yay aylarında buz təbəqəsindəki ərimiş su ehtiyatlarının dəqiq necə dəyişdiyini, haralarda toplandığını tam aşkar etmək mümkün olacaqmı?".

Tədqiqat qrupunun bir üzvü deyir ki, burada ərimə mövsümündə ərimiş su kütləsinin əhəmiyyətli hissəsi məhz buz təbəqəsinin altında saxlanılır. Xüsusi təsir ancaq iyul ayında artır, sonra isə bir neçə həftə ərzində su tamamilə azalır.
Qrenlandiya ərazisində onlarla stansiyanı özündə birləşdirən GPS Şəbəkəsi tərəfindən qeydə alınan dəqiq məlumatlardan istifadə edən elm adamları yeni bir hesablama metodu yaradıblar. Tədqiqatçılar bildirirlər ki, Yer qabığının şaquli yerdəyişmələrini nəzərə alıb yuxarıdan basan ərimiş su kütləsinin təzyiqi səbəbini izah etmək mümkündür.
Bu yeni kəşf öz mahiyyətinə görə bir çox hallarda buz təbəqələrində mövcud olan ehtiyatdakı suyun saxlanılmasının bütün aspektlərini nəzərə almayan araşdırmalar tələb edən iqlim modellərinin dəqiqliyini artırmağa çox böyük kömək edəcək. Bu, xüsusilə orta temperaturun daha yüksək olduğu illər ərzində alimlər tərəfindən aparılan hesablamalar üçün doğrudur.
Elm adamları belə qənaətə gəliblər ki, bununla bağlı işlənilən mövcud modellər belə, hazırda proseslərin intensivliyini düzgün qiymətləndirmir. Tədqiqatçıların fikrincə, qeyri-dəqiqlik 20 faizə çata bilər.
Müasir dövrdə dünyanın ən böyük, həm də istifadə edilməyən su ehtiyatlarının olduğu Qrenlandiya buzlaqlarının tədqiq olunması bu gün də davam edir.

Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri