Icma.az
close
up
RU
Okeanın hər qatında mikroplastik tapılıb

Okeanın hər qatında mikroplastik tapılıb

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Yeni elmi araşdırma mikroplastik çirklənməsinin yalnızca okean səthində deyil, Mariana Çuxuru kimi ən dərin nöqtələr də daxil olmaqla, bütün dəniz qatlarına yayıldığını üzə çıxarıb.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, 4 qitədən alimlərin qatıldığı tədqiqatda 2014–2024-cü illər arasında dünya okeanlarının 1885 fərqli nöqtəsindən nümunələr götürülüb. Nəticələr göstərib ki, mikroplastik hissəcikləri okeanın yalnız səthində deyil, dərin qatlarında da geniş yayılıb.

Tədqiqatçılar Sakit okeandakı Mariana Çuxurunda – təxminən 6700 metr dərinlikdə – hər kubmetrdə 13 min 500 mikroplastik hissəcik aşkar ediblər. Bu göstərici indiyədək qeydə alınan ən dərin mikroplastik çirklənməsi kimi tarixə düşüb.

Yaponiyanın Dəniz və Yer Elmləri Texnologiyaları Agentliyindən araşdırmaçı Şiyə Zhao bildirib ki, mikroplastiklərin ölçüləri çox kiçik olduğu üçün onlar suyun içində uzun müddət asılı qalır və bu da dəniz canlıları üçün ciddi risk yaradır.

Böyük plastik parçalar okean dibinə çökür, mikroplastiklər isə canlılarla daha sıx təmasda olur.

Araşdırmaya əsasən, mikroplastiklər təkcə çirkləndirici deyil, eyni zamanda okeanın təbii karbon dövranına da təsir edir. Bu da onların atmosfer və okean arasındakı balansı poza biləcəyini göstərir.

Elmi məqalənin dərc edildiyi "Nature" jurnalında qeyd olunub:

"Okeandakı mikroplastiklər əsasən geri alınmazdır və zamanla qalıcı hala gəlir."

2020-ci ildə aparılan başqa bir araşdırma isə Atlantik okeanında təxmin ediləndən 10 dəfə çox plastik çirklənməsinin olduğunu göstərmişdi.

Mikroplastiklər yalnız ətraf mühit üçün deyil, insan sağlamlığı üçün də artan bir təhdid sayılır. Çinin Zhejiang Kənd Təsərrüfatı və Meşəçilik Universitetinin tədqiqatına görə, bu hissəciklər insan orqanlarında aşkarlanıb və bəzi hallarda uşaqlıq boynu xərçəngi və toxuma zədələnmələri ilə əlaqələndirilir.

Alimlər bildiriblər ki, müxtəlif plastik növləri fərqli insan toxumalarında aşkar olunub və bu, sağlamlıq baxımından ciddi narahatlıq doğurur. Bununla belə, səbəb-nəticə əlaqəsinin tam müəyyən olunması üçün daha çox araşdırmaya ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri