Icma.az
close
up
RU
Öksürük və nəfəs darlığından azad olmağın yolları

Öksürük və nəfəs darlığından azad olmağın yolları

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəfəs darlığı və öskürək, cəmiyyətdə ən çox rast gəlinən sağlamlıq problemlərindən sayılır.


Pravda.az bu şikayətlərə qarşı effektiv ola biləcək bəzi tövsiyələri təqdim edir:


Nəfəs darlığı nədir?


Tibbi adı “dispnoe” olan nəfəs darlığı — nəfəs alarkən kifayət qədər hava ala bilməmək, nəfəs almaqda çətinlik və sinədə sıxılma hissi ilə xarakterizə olunur. Çox zaman tənəffüs yolu infeksiyaları və digər sağlamlıq problemləri ilə birgə müşahidə olunur. Bəzi hallarda öskürək də bu vəziyyətə əlavə olunur.


Nəfəs darlığına nə yaxşı təsir edir?


Əgər xroniki nəfəs darlığınız varsa, bəzi həyat tərzi dəyişiklikləri bu halı yüngülləşdirə bilər:


Siqaret və tütün məhsullarından uzaq durun.


Hava çirkliliyindən, kimyəvi maddələrdən, allergenlərdən və siqaret çəkilən məkanlardan uzaq olun.


İsti və rütubətli hava şəraitində açıq havada olmamaq tövsiyə olunur. Bu cür hava şəraiti nəfəs darlığını artırır.


Hündürlük fərqi olan ərazilərə gedərkən diqqətli olun, vücudun uyğunlaşması üçün zaman verin.


Həkiminizlə məsləhətləşərək müntəzəm idman edin. Bu, ağciyər və ürək funksiyalarını gücləndirir.


Artıq çəki problemi varsa, pəhriz və idmanla arıqlamaq faydalı ola bilər.


Xroniki ağciyər və ya ürək xəstəliyiniz varsa, dərmanlarınızı vaxtında qəbul etməyi unutmayın.
Bəs öskürəyə nə yaxşı təsir edir?


Öskürək üçün faydalı ola biləcək tədbirlər bunlardır:


Öskürək şərbəti: Həkim təyinatı ilə istifadə olunan şərbətlər öskürəyi azalda bilər.


Boğaz pastili: Apteklərdə satılan pastillər boğazı yumşaldaraq öskürəyi azalda bilər.


Bol su için: Su burun axıntısını durulaşdıraraq boğazın qıcıqlanmasını azaldar.


Bitki çayları: Zəncəfil, nanə-limon və adaçayı kimi çaylar öskürəyi yüngülləşdirə bilər. Bal əlavə edilərək içilməsi də faydalıdır.


C vitamini qəbul edin: Portağal, limon, pomidor və ispanaq kimi C vitamini zəngin qidalar bədəni infeksiyalardan qoruyar.


Siqareti tərgidin: Siqaret tüstüsü tənəffüs yollarını qıcıqlandırır və öskürəyi artırır.


Nəmləndirmə: Evin havasının rütubətli olması (30-50%) öskürəyi azalda bilər.


İsti duş: Burun axıntılarını azaldaraq öskürəyi yüngülləşdirir, astma və allergiyadan qaynaqlanan öskürəyə də müsbət təsir edir.


Ev təmizliyinə diqqət edin: Parfümlü və kimyəvi təmizləyicilər boğazı qıcıqlandıra bilər. Alergiyası olan şəxslər üçün risk daha yüksəkdir.


Reflü varsa, axşam yeməklərinə diqqət edin: Saat 19:00-dan sonra yemək yeməyin, çay, qəhvə və qazlı içkilərdən uzaq olun.


Yataq dəstlərini 55 dərəcədən yüksək istilikdə yuyun: Bu, toz gənələri və allergenlərə qarşı mübarizədə faydalıdır.


Toz yığan əşyalardan uzaq durun: Alergiya problemi olanlar üçün parça əşyalar yerinə dəri və ya ağac mebellər daha münasibdir.
Nəfəs darlığı və öskürəyə hansı xəstəliklər səbəb ola bilər?


Öskürək və nəfəs darlığı təkcə infeksiyalarla bağlı deyil. Astma və KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi) də bu simptomlara yol aça bilər.


Astma: Gecələr və fiziki fəaliyyət zamanı artan quru öskürək, sinədə sıxılma və nəfəs darlığı ilə müşahidə olunur.


KOAH: Tənəffüs yollarının zədələnməsi ilə meydana gələn bu xəstəlikdə öskürək, hətta yemək zamanı belə baş verə bilər. Siqaret çəkənlərdə müşahidə olunan öskürək və nəfəs darlığı KOAH əlaməti ola bilər.
Nəfəs darlığına hansı hallar səbəb olur?


Nəfəs darlığı çox zaman ürək və ağciyər problemlərinin əlamətidir. Astma, allergiya və ya narahatlıq da bu vəziyyətə səbəb ola bilər. Qandakı oksigen və karbon qazının mübadiləsindəki hər hansı pozuntu nəfəs almaqda çətinliyə gətirib çıxarır.


Mümkün səbəblər:
Fiziki yüklənmə
Soyuqdəymə
Astma, KOAH
Ürək problemləri
Ağciyər xəstəlikləri
Artıq çəki
Ağciyər xərçəngi
Anemiya
Psixoloji narahatlıqlar və s.
Ağır və qəfil nəfəs darlığına səbəb ola biləcək hallar:


Anafilaktik şok
Karbonmonoksit zəhərlənməsi
Koronavirus
Ürək tutması
Ağciyər iltihabı
Qan itirilməsi
Tənəffüs yollarında tıxanma və s.
Nəfəs darlığının əlamətləri:


Sinədə sıxılma
Dərindən nəfəs alma ehtiyacı
Sürətli nəfəsalma
Çarpıntı
Nəfəs zamanı səslərin eşidilməsi
Əminə Bayramova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see176

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see147

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see137

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see133

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see129

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see129

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see124

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see118

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see117

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see116

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see115

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see114

Bazar gününün HAVASI

21 İyun 2025 14:17see114

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri