Oktay Kaynarca yeni serialla qayıdır Tarix açıqlandı
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca “Hamal” adlı yeni serialla tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor yeni layihədə Fahriye Evcen və Caner Cindorukla birlikdə baş rolu paylaşacaq.
Türkiyənin ATV kanalında yayımlanması planlaşdırılan serialın çəkilişlərinə artıq başlanılıb. KYN Yapım şirkətinin istehsalı olan ekran əsərinin rejissoru Mustafa Şevki Doğandır.
Kaynarca serialda İstanbulun Eminönü məhəlləsində yükdaşıyan işləyən Kemal obrazını canlandıracaq. Vaxtilə “Harputlu Kemal” kimi tanınan qəhrəman qaranlıq keçmişindən uzaqlaşaraq yeni həyat qurmağa çalışır. Lakin gözlənilməz ölüm hadisəsi onu yenidən keçmişi ilə üzləşdirir.
Fahriye Evcen serialda müğənnilik edərək dolanışığını təmin edən Hayat obrazına, Caner Cindoruk isə Egemen obrazına həyat verəcək.
Ekran əsərində Erdal Özyağcılar, Burak Tozkoparan, Sarp Akkaya və digər tanınmış aktyorlar da rol alırlar.
Cinayət, intiqam, sevgi və ailə münasibətlərindən bəhs edən serialın noyabr ayında yayımlanması gözlənilir. Lakin ilk bölümün dəqiq tarixi hələ rəsmən açıqlanmayıb.
Baxış sayı:88
Bu xəbər 16 Noyabr 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















