Icma.az
close
up
RU
Oktay Öksüzoğlu: Türk dünyası Şimali Kipri daha yaxından tanımalı, onun mübariz xalqına sahib çıxmalıdır

Oktay Öksüzoğlu: Türk dünyası Şimali Kipri daha yaxından tanımalı, onun mübariz xalqına sahib çıxmalıdır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 noyabr, Səbinə Əlizadə ,AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyəti ağsaqqalı, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, tanınmış şair Oktay Öksüzoğlu Türk dünyasına müraciətində həmrəyliyə və qarşılıqlı anlaşmaya çağırış edib.

O.Öksüzoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, Şimali Kipr türk xalqı uzun illərdir çətin sınaqlardan keçərək, öz dövlətini yaşatmaq uğrunda mübarizə aparır. “Biz Aralıq dənizində çətin günlər yaşayan, lakin müstəqilliyini və milli kimliyini qorumağa çalışan bir türk dövlətinin insanları olaraq türk dünyasından anlayış, diqqət və dəstək gözləyirik”, - deyə o əlavə edib.

O.Öksüsoğlu vurğulayıb ki, türk dövlətləri və xalqları arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə də təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi önəmlidir.

“Türk dünyasının gənclərini, alimlərini, sənət adamlarını və siyasətçilərini Şimali Kiprə gəlməyə, bu torpağın xalqını yaxından tanımağa çağırıram. Biz Azərbaycanı çox sevirik və əminəm ki, bizi tanıdıqca siz də sevəcəksiniz”, - deyə o diqqətə çatdırıb.

O.Öksüzoğlu vurğulayıb ki, 1974-cü ildə Türkiyənin dəstəyi ilə qurulan Şimali Kipr Türk Cümhuriyyəti şəhid və qazilərinin fədakarlığı ilə bu günə qədər yaşayıb və türk dünyasının şərəfli bir parçasıdır.

Sonda Oktay Öksüzoğlu bütün türk xalqlarına sülh, əmin-amanlıq və rifah arzularını çatdıraraq deyib: “Türklük eşqi ilə illərdir mübarizə aparan Şimali Kipr türk xalqı adından bütün qardaş ölkələrə səmimi salamlarımı, xoş arzularımı göndərirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri