Icma.az
close
up
RU
Yeni qadağa necə tətbiq ediləcək?

Yeni qadağa necə tətbiq ediləcək?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Milli Məclisdə 16 yaşdan aşağı uşaqların sosial mediada hesab açmasının qadağan edilməsi məsələsi müzakirə olunur. Bəs bunun tətbiqi üçün hansı üsullardan istifadə oluna bilər?

İT mütəxəssisi Natiq Məmişov Metbuat.az-a açıqlamasında bildirib ki, bu tip məsələlərdə qoyulan qadağaları praktikada tətbiq etmək kifayət qədər çətindir. Sosial media hesabı açılarkən yaşın təsdiqi tələb olunarsa, burada nəzarət mexanizmi problemi ortaya çıxır:

“Burada şəxsiyyət vəsiqəsi, pasport və ya asan loqin kimi alətlərdən söhbət gedir. Bu mexanizmlər olmadığı halda istənilən şəxs yaşını olduğundan böyük göstərərək rahatlıqla hesab aça bilər. Hətta belə mexanizmlər Avstraliya kimi ölkələrdə mövcud olsa da, onların real tətbiqi də çətin məsələdir. Saxtakarlığın qarşısını müəyyən qədər almaq mümkün olsa da, bu cür qanunların qəbul edilməsi və icrası nə dərəcədə mümkündür, bu sual altındadır. Axı bunlar dövlət platformaları deyil və bu halda sosial şəbəkələrin istifadəçilərdən İD məlumatları tələb etməməsi də ayrıca müzakirə mövzusudur. Üstəlik, VPN, saxta sənədlər və digər dolama yolları da mövcuddur”.

N.Məmişovun sözlərinə görə, nəzəri baxımdan mobil operatorlar yaşa və ya nömrəyə görə müəyyən məzmunu domenlər üzərindən bloklaya bilərlər, amma bu da tam effektiv deyil:

“Məsələn, uşaq valideyninin nömrəsindən istifadə edərsə, həmin bloklama işləməyəcək. Texniki baxımdan bu cür mexanizmlər 100 faiz effektiv deyil və real görünmür. Əksinə, “over-blocking” riski yarana bilər, yəni zərərsiz məzmun da bloklana bilər ki, bu da düzgün yanaşma sayılmaz. Daha real yol məktəb və cihaz səviyyəsində tədbirlərin görülməsidir. Məsələn, məktəblərdə şəbəkə səviyyəsində sosial medianın bloklanması, dərs vaxtı telefon istifadəsinin məhdudlaşdırılması mümkündür. Telefon və planşetlərdə mövcud olan “uşaq rejimi” funksiyasını aktivləşdirmək də alternativ vasitədir”.

Ekspert bu cür sərt məhdudiyyətləri çox da dəstəkləmədiyini söyləyib:

“Çünki tətbiq zamanı ciddi risklər yaranır. Heç bir platforma istifadəçidən şəxsiyyət vəsiqəsi, pasport və ya asan loqin kimi şəxsi məlumatlar tələb etməməlidir. Bu, artıq həddindən artıq nəzarət deməkdir. Uşaqları qadağalarla deyil, valideyn və məktəb vasitəsilə maarifləndirmək daha məqsədəuyğundur. Sosial şəbəkələrin bir qismində, o cümlədən “Facebook”da artıq müəyyən məhdudiyyətlər mövcuddur və digər platformalarda da oxşar mexanizmlər tətbiq edilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Dekabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see223

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see171

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see170

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see168

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see168

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see168

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see167

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see166

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see164

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see163

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see162

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see158

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see156

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see156

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see154

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see153

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see152

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see151

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see147

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri