Icma.az
close
up
RU
Oktyabrın 24 ü Birləşmiş Millətlər Təşkilatı Günüdür

Oktyabrın 24 ü Birləşmiş Millətlər Təşkilatı Günüdür

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də dünya ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd edir. Bu əlamətdar gün təşkilatın yaranmasının 80 illik yubileyinə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 31 oktyabr 1947-ci il tarixli A/RES/168 saylı qətnaməsi ilə təsis edilən bu bayram 24 oktyabr 1945-ci ildə təşkilatın Nizamnaməsinin qüvvəyə minməsini qeyd edir. Onun keçirilməsində əsas məqsəd dünya ictimaiyyətini Birləşmiş Millətlər Təşkilatının məqsəd və nailiyyətləri barədə məlumatlandırmaq və müxtəlif ölkələrdə BMT-nin fəaliyyətinə dəstəyi səfərbər etməkdir.

Bu əlamətdar gündə BMT-nin bütün bölmələrində, xüsusən də Nyu-York, Haaqa (Niderland), Cenevrə (İsveçrə), Vyana (Avstriya) və Nayrobi (Keniya) şəhərlərindəki əsas ofislərdə bir çox tədbirlər təşkil olunur. Bunlara konsertlər, BMT bayrağının mühüm binalarda dalğalandırılması, təşkilatın müasir dövrdə fəaliyyətinin aktuallığı ilə bağlı müzakirələr, dövlət başçılarının və digər liderlərin bəyanatları daxildir.

İlk dəfə “Millətlər Liqası” adlanan təşkilatın təməli Birinci Dünya müharibəsinə rəsmi olaraq son qoymaq üçün imzalanmış sənədlərdən biri olan Versal Müqaviləsi ilə qoyulub. Müqavilə 28 iyun 1919-cu ildə Fransanın Versal şəhərində imzalanıb. Liqanın məqsədi tərk-silah prosesinin təşviqi, müharibələrin qarşısının alınması, beynəlxalq mübahisələrin həlli üçün danışıqların və diplomatik tədbirlərin təşkili və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Lakin İkinci Dünya müharibəsinin başlanması Millətlər Liqasının fərqli bir forma alması lazım olduğunu göstərdi.

Birləşmiş Millətlər Təşkilatı ilə bağlı ideyalar İkinci Dünya müharibəsinin son illərində, xüsusən də 25 aprel 1945-ci ildə ABŞ-ın San-Fransisko şəhərində keçirilən Beynəlxalq Təşkilatlar üzrə BMT Konfransı zamanı inkişaf etdirilib. BMT rəsmi olaraq həmin il oktyabrın 24-də Nizamnamənin təsdiqi ilə yaradılıb.

Birləşmiş Millətlər Təşkilatı Günü ilk dəfə 1948-ci il oktyabrın 24-də qeyd edilib. Təşkilat 1971-ci ildən bəri üzv dövlətlərdə Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunmasını tövsiyə edib. Həmçinin BMT-nin və onun ixtisaslaşmış qurumlar ailəsinin işinə, roluna və nailiyyətlərinə diqqəti cəlb etmək üçün Birləşmiş Millətlər Təşkilatı Gününün beynəlxalq dövlət bayramı olması çağırışları da olub. Bunlar, xüsusən də insan hüquqları, aclıq bölgələrinə dəstək, xəstəliklərin aradan qaldırılması, sağlamlığın təşviqi və qaçqınların məskunlaşdırılması sahələrində görülən işlər fonunda səsləndirilib.

BMT-nin tərkibində bir çox ixtisaslaşmış qurum, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST); Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO); Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO); Uşaq Fondu (UNICEF); Beynəlxalq Əmək Təşkilatı (ILO) fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası (BMTİHŞ) da təşkilatın fəaliyyətinin bir hissəsidir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Azərbaycanın BMT-yə üzv qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, işğal altındakı ərazilərimizi qısa zamanda düşməndən azad edib.

Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Assambleyada keçirilən təntənəli iclasda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlayıb, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər təşkilatın tribunasından dəfələrlə çıxış edib, o cümlədən Baş Assambleyanın bu il sentyabrın 25-də keçirilən iclasında dövlətimizin xarici siyasət kursu, işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli layihələr, sosial-iqtisadi inkişaf haqqında duya ictimaiyyətinə müfəssəl məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri