Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Oktyabrın 13 ü Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günüdür

Oktyabrın 13 ü Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günüdür

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Fəlakətlərin çoxalan zərəri iqlim dəyişikliyinin və zəif inkişaf seçimlərinin artan təsirini əks etdirir. Qlobal miqyasda ölkələr ekstremal hava şəraiti və riskə qarşı kor planlaşdırma nəticəsində getdikcə daha şiddətli təbii hadisələrlə üzləşirlər. Birbaşa fəlakət xərcləri hər il təxminən 202 milyard dollara çatsa da, daha geniş iqtisadi təsir 2,3 trilyon dollar olaraq qiymətləndirilir. İnkişaf etməkdə olan ölkələr təbii və texnogen fəlakətlərdən daha çox əziyyət çəkir, varlı ölkələr isə yüksək maliyyə itkiləri ilə üzləşir. Buna baxmayaraq, fəlakət riskinin azaldılmasına (DRR) investisiya minimal olaraq qalır. Dövlət büdcələrinin 1%-dən az hissəsi bu məqsədlərə ayrılır və Rəsmi İnkişaf Yardımı layihələrinin yalnız 2%-i 2019-2024-cü illər arasında fəlakət risklərinin azaldılması tədbirlərinə xərclənir. Eyni zamanda, humanitar yardım maliyyəsi də azalır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ənənəvi olaraq bu il də qeyd olunan Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü münasibətilə BMT-nin yaydığı müraciətdə yer alıb.

Müraciətdə deyilir: “Əsas məsələ ondan ibarətdir ki, həm dövlət, həm də özəl iqtisadi strategiyalar çox vaxt fəlakət risklərinə məhəl qoymur. İnvestisiyaların 75%-nə nəzarət edən özəl sektor tez-tez iqlim təhlükələrinə göz yumur ki, bu da zəifliyi və potensial itkiləri artırır. Problemi həll etmək üçün risklərin azaldılması üzrə milli strategiyalar iqlim dəyişikliyinə uyğunlaşdırılmalıdır. Hökumətlər özəl sektoru tənzimləmələr, risk məlumatları və davamlı investisiyaları təşviq etmək üzrə stimullarla gücləndirməlidir”.

Qeyd olunub ki, 2025-ci il Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü iki tədbirin həyata keçirilməsini tələb edir: Birincisi, dövlət və beynəlxalq büdcələrdə bu məqsədlərə maliyyələşmənin artırılması, ikincisi, bütün inkişaf və özəl investisiyaların risklər barədə məlumatlı və davamlı olmasının təmin edilməsidir.

Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qlobal risklər haqqında məlumatlılıq və fəlakətlərin azaldılması mədəniyyətini təşviq etmək üçün bir günlük çağırışından sonra qeyd olunmağa başlayıb. Bu günün keçirilməsinin məqsədi dünyanın hər yerində insanların və icmaların fəlakətlərə məruz qalmaları və riskləri cilovlamağın vacibliyi haqqında məlumatlılığın artırılmasıdır.

2015-ci ildə Yaponiyanın Sendai şəhərində keçirilən BMT-nin Fəlakət Riskinin Azaldılması üzrə III Ümumdünya Konfransında beynəlxalq ictimaiyyətə xatırladılıb ki, fəlakətlər ən çox yerli səviyyədə ziyan vurur, insan tələfatına, həmçinin böyük sosial və iqtisadi sarsıntıya səbəb olur. Qəfil başlayan təbii fəlakətlər hər il milyonlarla insanı didərgin salır, davamlı inkişafa investisiya qoyuluşuna mənfi təsir göstərir.

BMT qeyd edir ki, yerli səviyyədə də potensialın təcili gücləndirilməsinə ehtiyac var. Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsi fəlakət riskinin azaldılması, texnogen və ya təbii təhlükələr, eləcə də əlaqədar ekoloji, texnoloji və bioloji risklər nəticəsində yaranan kiçik və böyük miqyaslı fəlakətlərin minimuma endirilməsi üzrə fəaliyyət proqramıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri