Icma.az
close
up
RU
Öldükdən sonra orqanlarınızın bağışlanması üçün nə etməlisiniz?

Öldükdən sonra orqanlarınızın bağışlanması üçün nə etməlisiniz?

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycanda donor olmaq istəyən şəxslər bu niyyətlərini rəsmi qaydada təsdiqləyə, donor kartı ala bilərlər.
Yeniavaz.com
xəbər verir ki, ölkədə orqan donasiyası və transplantasiya prosesi Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Orqan Donasiyası və Transplantasiya üzrə Koordinasiya Mərkəzi tərəfindən idarə olunur. Mərkəz donor qeydiyyatını aparır, donor kartlarının verilməsini təmin edir və transplantasiya prosesini koordinasiya edir.
Mövzu qanuni əsaslarla da tənzimlənir. “Donasiya və transplantasiya haqqında” qanuna görə, vətəndaşlar sağ ikən donor olmaq üçün yazılı müraciət edə bilirlər. Əgər şəxs sağlığında yazılı şəkildə etiraz etməyibsə, onun vəfatından sonra orqanlarının istifadə olunmasına  icazə verilir.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Yeniavaz.com saytına müsahibə verib.
O, bildirib ki, orqan donorluğu insan həyatını xilas edə biləcək ən önəmli qərarlardan biridir:
“Ölümünüzdən sonra orqanlarınızı bağışlamaqla bir neçə insana yaşamaq imkanı verə bilərsiniz. Bunun üçün vətəndaşlar ya mərkəzə birbaşa müraciət etməli, ya da www.odtkm.gow.az saytında qeydiyyatdan keçməlidirlər”.
Abbasova həmçinin vurğulayıb ki, sağlığında orqan bağışlamaq yalnız könüllü və təmənnasız şəkildə mümkündür. Onun sözlərinə görə, qohum olmayan şəxslərə orqan verilməsi yalnız Etika Komissiyasının müsbət rəyi əsasında icra olunur.
“Mütləq şəkildə həkim komissiyası donorun sağlamlıq vəziyyətini yoxlamalıdır. Orqan ticarəti və pul qarşılığında bağışlama isə qəti qadağandır”.
Y. Abbasovanın sözlərinə görə, hazırda ölkədə 1000-dən çox insan orqan transplantasiyasına ehtiyac duyur, bundan əlavə, 4642 nəfər dializ müalicəsi alır.
“Lakin donorların azlığı səbəbindən bir çox xəstə qeydiyyata düşmür”, - deyə Yeganə Abbasova qeyd edib.
O bildirib ki, son üç ildə mərkəzin koordinasiyası ilə 714 əməliyyat həyata keçirilib.
“Orqan donorluğu sadəcə tibbi bir prosedur deyil, həyat xilas edən bir missiyadır. Bu qərarla siz bir deyil, bir neçə insanın həyatını xilas edə bilərsiniz”, - müsahibənin sonunda Abbasova cəmiyyətə müraciət edərək vurğulayıb.
Fəridə Əsədzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Sentyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri