Öldürülən qadının əri də qətlə YETİRİLİBMİŞ Maştağadakı ailə faciəsinin QANLI KEÇMİŞİ ÖZƏL/VİDEO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Yanvarın 24-də Maştağa qəsəbəsinin südçülük sovxozu ərazisində baş verən qətl hadisəsi hələ də müzakirə olunur.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Emil Ağayev bıçaqla xəsarətlər yetirərək 67 yaşlı anası Həyat Ağayevanı qətlə yetirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi – DƏHŞƏTLİ DETALLAR - FOTO
İddialara görə Emil Ağayev əvvəllər narkotik asılılığı səbəbilə aidiyyəti üzrə dispanserdə müalicə alıb. Mərhumun yaxınları bildiriblər ki, o, cinayəti əvvəlcədən planlaşdırıb.
Belə ki, hadisədən əvvəlki gecəni həyat yoldaşı ilə birlikdə qayınanasının evində keçirən Emil Ağayev səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib və onun təcili evə gəlməsini xahiş edib. Daha sonra isə anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
Bizim.Media baş verən dəhşətli qətl hadisəsinin təfərrüatlarını öyrənməyə çalışıb. Mərhumun yaxınlarından aldığımız məlumata görə Emil Ağayev anasını pula görə xüsusi amansızlıqla öldürüb.
Belə ki, hadisə baş verən gün Emil anasından pul istəyib. O, isə qız köçürdüyünü və cehiz hazırlığı ilə bağlı pulunun olmadığını bildirib. İddia olunur ki, cinayət məhz bu mübahisə üzündən törədilib.
Digər mənbəmizin bildirdiyinə görə Emil Ağayev kifayət qədər mədəni, sakit və problemsiz biri olub. Onun pula ehtiyacı olmadığı, hətta dükan işlətdiyi də bildirilib.
Qətlə yetirilən Həyat Ağayeva isə 67 yaşında olmasına baxmayaraq, evinə yaxın Südçülük sovxozunda işləyib. İş yoldaşlarının dediyinə görə, o, çox zəhmətkeş və övladlarını min bir əziyyətlə böyüdən ana olub. Aldığı əməkhaqqı və pensiyası ilə Emilə aldığı avtomobilin kreditini ödəyirmiş.
Hadisə ilə bağlı daha dəhşətli məqamlar da ortaya çıxıb. Belə ki, Emil Ağayevin atası Xanlar Ağayev də illər öncə Rusiyada 35 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Alçina Amilqızı, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 28 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















