Icma.az
close
up
RU
Ölən qadınlara aqressiya: Xəstə cəmiyyətin simptomları Psixoloqdan sərt reaksiya

Ölən qadınlara aqressiya: Xəstə cəmiyyətin simptomları Psixoloqdan sərt reaksiya

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Son 24 saatda Azərbaycanda baş verən iki qadın ölümü cəmiyyətdə ciddi rezonansa səbəb olub. Siyəzəndə paraşütlə uçuş zamanı faciəvi şəkildə həlak olan Nuranə Məcidova və ailədaxili zorakılığın növbəti qurbanı Günel Ağabəylinin ölümü ictimaiyyətdə həm kədər doğurub, həm də bəzi şəxslərin reaksiyası ilə təəccüb yaradıb.

Sosial şəbəkələrdə yayılan “Əcəb oldu”, “Qadının dağda nə işi var?”, “Yəqin ki, nəsə vardı” kimi şərhlər cəmiyyətdə empatiyanın və əxlaqi dəyərlərin necə zəiflədiyini bir daha göstərdi. Bu cür münasibətlər, insan həyatına verilən dəyərin getdikcə azaldığını və ictimai duyarsızlığın artdığını ortaya qoyur.

Bəs bu aqressiya hardan qaynaqlanır? İnsanlar niyə bu qədər qəddarlaşıb? pizza sifarişi

Məsələ ilə bağlı psixoloq Vəfa Rəşidova Yenisabah.az-a açıqlamasında bildirib ki, bu cür reaksiyaların kökündə sosial, psixoloji və maarifçilik boşluğu dayanır:

"Cəmiyyətimizdə qısqanclıq halları sürətlə artır. İnsanlar tez-tez öz düşüncələrində qurduqları ideal həyatla real həyat arasındakı uçurumu hiss edir və bu fərq onları qıcıqlandırır. Əslində, hər kəs öz gəlirlərini nəzərə alaraq yaşasa, bu qədər psixoloji gərginlik olmazdı. Amma reallıqdan uzaq xəyallar qurulduqda, 'filankəs etdi, mən niyə etməyim?' kimi düşüncələr yaranır. Nəticədə insanlar emosional boşluğa düşür, düşüncələrini tənzimləyə bilmir".

Psixoloq qeyd edir ki, bu cür psixoloji durumun formalaşmasında elmsizlik də əsas rol oynayır:

"Cəmiyyətimizdə kitab oxuma səviyyəsi çox aşağıdır. İnsanlar öz səhvlərini və doğrularını ayırd edə bilmirlər. Belə olan halda, sosial şəbəkədə paraşütdən həlak olan bir qadına qarşı 'Əcəb oldu' deyə biləcək qədər hissiz və empatiyadan uzaq ifadələr ortaya çıxır. Problem o insanla deyil, bu ifadəni yazan şəxslərin daxilindəki boşluqladır".

Vəfa Rəşidova həmçinin qeyd edib ki, bu tendensiya depressiya və sosial narazılığın nəticəsidir:

"İnsanlar sadə şeylərlə xoşbəxt ola bilmədikləri üçün qeyri-real arzularla yaşamağa çalışırlar. O arzular reallaşmayanda isə aqressiyaya meyillilik artır. Çoxları düşünür ki, onları pul xilas edə bilər, amma bu, tamamilə yanlış yanaşmadır".

Psixoloq həm də illərdir maarifləndirici seminarlar keçirdiyini, lakin iştirakçıların diqqətinin əsl mövzudan çox, geyim, kofe və ya digər detallara yönəldiyini deyib:

"Seminardan sonra eşitdiyim reaksiyalar çox vaxt 'şalvarı dar idi', 'koftası açıq idi', 'yubkası qısa idi' kimi ifadələr olur. Psixoloqun danışdıqları diqqətdən kənarda qalır. İnsan danışır, amma qarşısındakı gözlər heç nə ifadə etmir. Bu isə çox təhlükəli bir psixoloji vəziyyətdir".

Rəşidova hesab edir ki, cəmiyyətdə bu empatiya boşluğunun qarşısını almağın yeganə yolu davamlı maarifləndirmə və emosional savadın artırılmasıdır:

"Bu gün insanlar öyrənməkdən çox əylənməyə meyillidir. Ona görə də empatiya, mərhəmət, anlayış kimi insani dəyərlər getdikcə arxa plana keçir. Bu vəziyyət dəyişməzsə, psixoloji sağlamlıq kütləvi şəkildə təhlükəyə düşəcək".

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri