Icma.az
close
up
RU
Toylara uşaq aparmaq QADAĞAN OLUNUR? 7 10 yaşdan az...

Toylara uşaq aparmaq QADAĞAN OLUNUR? 7 10 yaşdan az...

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütlüklər qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş edirlər. Rəsmi səbəb kimi balacaların məclisdə əl-ayağa dolaşa bilməsi göstərilsə də, bunun psixoloji izahı da maraqlıdır. Üstəlik, toy və digər səs-küylü, izdihamlı məkanlara uşaqların aparılması ümumiyyətlə nə dərəcədə düzgündür? Ən əsası isə belə yerlər uşaqların emosional rahatlığına və davranışına necə təsir edir?

Psixoloq Samirə Bağırova “Yeni Sabah”a bildirib ki, bəy və gəlinin xüsusi günlərində irəli sürülən bu fikir, ən doğru addımdır. Onun sözlərinə görə, toyda uşaqların olması valideynləri daim nəzarət rejimində saxlayır:

“Sözsüz ki, diqqət edəndə bəzi valideynlərin heç vecinə də olmur ki, uşağı maneə yaradır. Qaçdı, yıxıldı, darıxdı, ağladı, yeməyi tökdü və sairə valideynin məclisdən zövq almasına mane olur. Müasir toylar əvvəlki toylar kimi deyil. Formal və idarə olunan bir toylara aylarla hazırlıq tədarükləri görülür. Cütlüklər özəl günlərinin ab-havasının planlaşdırdıqları kimi nəzarətdə qalmasını istəmələri təbii haldır. Xüsusi çıxışlar, rəqslər zamanı uşaqların qaçışı, ortalıqda dolanması  bu estetik görünüşü pozur. Toy mərasimi böyük ölçüdə böyüklər üçün nəzərdə tutulmuş tədbir olduğundan, uşaqlar üçün, uzun və yorucu gəlir, elə bu səbəbdən də, ortalıqda qaçaraq, yıxılaraq, rəqs edənlərə mane olaraq özləri də sıxılır:

S.Bağırova vurğulayıb ki, bu hal həm cütlüyə, həm də toya dəvət olunmuş digər qonaqlara qarşı hörmətsizlikdir:

“Bu səbəbdən də, öncədən xəbərdarlıq tam da uyğundur. Uşaqların beynində filtrasiya sistemi böyüklər qədər inkişaf etmədiyinə görə bu səs- küylü yüklənmə uşaqlarda hiperaktiv davranış şəklində qaçmaq, tullanmaq, yerə uzanmaq, ağlamaq, narhatlıq, əsəbilik şəklində özünü göstərir. Uşaq çox insanın arasında özünü kontroldan çıxmış mühitdə hiss edir. Bu isə onların beynində təhlükə siqnallarını aktivləşdirir. Çadır toy ilə restoran toyu çox fərqli olsa da, əvvəllər çadır toyunda hətta uşaqların maneəsi sərpayı tərəfindən ciddi nəzarətdə saxlanılırdı”.

Psixoloq 7-10 yaşlı uşaqların toy məclislərində iştirakını daha məqsədəuyğun hesab edir. Onun sözlərinə əsasən, psixi, fiziki və sosial davranış cəhətdən həmin yaş aralığındakı uşaqlar həmin mühitə ayaq uydura bilirlər.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri