Icma.az
close
up
RU
Öləndən sonra yandırılma Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi

Öləndən sonra yandırılma Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dinlərin əksəriyyətində vəfat edən insanın dəfn qaydası oxşardır: insan öldükdən sonra bədəni torpağa qovuşmalıdır. Ancaq bir sıra ölkələrdə meyit yandırılır, külü yaxınları tərəfindən saxlanılır və ya harasa səpilir.
Meyitlərin yandırılması prosesi kremasiya adlanır. Bəs insanlar niyə kremasiyanı seçirlər?
İslam dininə görə, insan dünyadan köçdükdən sonra onun nəşi qüsul edilməli, kəfənə bükülməli, cənazə namazı qılınmalıdır. İslam dini meyitin yandırılmasını qadağan edir. Bu kimi hallar şəriət qaydalarına zidd sayılır.
Amma İslam dini meyitin yandırılmasını qadağan etsə də, Azərbaycanda da dünyasını dəyişənlərin yandırılması üçün krematoriya mərkəzlərinin yaradılacağı gözlənilir. Hətta öləndən sonra meyitinin yandırlmasını arzulayanlar da var.
Modern.az mövzu ilə bağlı müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin fikirlərini öyrənib.

Tanınmış jurnalist, "AzVision.az" saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, bu qərarın verilməsinə şad olub:

“Həmişə fikirləşmişəm ki, hər insan öləndən sonra onun dəfni üçün bir neçə kvadrat metr yer zəbt olunacvaqsa, tezliklə dirilərin yaşamağa yeri qalmayacaq. Məmuniyyətlə öləndən sonra yandırılmağımı istəyərdim, hətta vəsiyyət də edirəm. Niyə də yox?! Mənə elə gəlir ki, insanı xatırlatmaq üçün onun öz evində balaca bir yer olsa, kifayətdir. Hətta evində divarda şəkli olsa, külünü bir yerdə saxlasalar, bu da insanı xatırlamaq üçün yetərlidir. İnsanı xatırlatmaq üçün mütləq yığışıb harasa gedərək gül qoymağa ehtiyac yoxdur. Əgər mənim övladım məni xatırlayacaqsa, qoy bunu əziyyət çəkmədən, maşına minib harasa getmədən etsin. Ona görə də vəfat edəndən sonra yandırılmağımı bəli, istəyərəm”.


Qan Turalı kimi tanınan yazar Tural Cəfərov bildirib ki, hər bir məsələdə prioritet olaraq insan hüquqları nəzərə alınmalıdır:

“Hər hansı bir şəxs dini ya da fəlsəfi baxımdan ölümündən sonra yandırılmağını vəsiyyət edirsə, onun bu istəyi həyata keçirilməlidir. Bu istəyin həyata keçirilməsinin qarşısında olan maneələr də hüquqi və praktik baxımdan həll olunmalıdır. Bu konteksdə krematoriyaların təsis edilməsini düzgün hesab edirəm.

Öləndən sonra yandırılmaq isə mənə çox qorxunc gəlir. Sizin sualdan sonra bu haqda düşündüm və qorxdum. Dədə-baba qaydası daha yaxşıdır, sanki...”.
 

Folklorşünas Elyar İslamoğlu qeyd edib ki, bu çox aktual və son günlərdə cəmiyyətdə maraqla müzakirə edilən mövzudur:

“Ümumiyyətlə Azərbaycanda meyitin yandırılmasına rast gəlinmirdi. Heç kim vəfat edən yaxınının nəşini yandırmaq istəməyib. Əcdadlarımızın nəşi torpağa basdırılıb. Hər kəs də istəyər ki, yaxınlarının məzarı olsun. Çünki bizdə məzarüstü mərasimlər, əcdadların yada salınması, dəfn mərasimləri qədimdən bu günə qədər geniş və fərqli şəkildə qeyd olunur. Amma müxtəlif məzhəblərdə, dinlərdə biz ölülərin yandırılmasını da görürük. Bu mərasimə Hidistanda daha çox rast gəlinir, orada ölülər yandırılır, külü çaya səpilir. Bu ölkənin bəzi yerlərində isə meyit yandırılandan sonra külü müxtəlif qablarda saxlanılır.
Tarixən Azərbaycanda küp qəbirlər olub. Vəfat edən şəxsi küpün içərisinə qoyub eləcə dəfn ediblər.
Azərbaycanda ölünün yandırılması ilə bağlı bu gün hansısa fikirlər ola bilər. Başqa dinlərin mənsubları bu mərasimdən istifadə edərlər, öz ölülərini yandırarlar. Amma düşünmürəm ki, millətimizdən kimsə ölüsünü yandırmaq istəsin. Əslində yoluxucu xəstəlik daşıyan şəxslərin nəşinin yandırılması xəstəliyin yayılmasının qarşısının alınmasına xidmət edə bilər. Biz koronavirus dövründə gördük ki, həmin xəstəlikdən vəfat edənləri məzarlıqda digər qəbirlərdən kənarda dəfn edirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see402

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see252

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see200

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see199

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see183

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see175

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see160

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see150

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri